Freitag, 11. September 2009

“BƏLƏDİYYƏ SEÇKİLƏRİ SABİT YARIŞ ŞƏRAİTİNDƏ KEÇƏCƏK”

Onlayn ictimai-siyasi qəzet
11.09.2009 [08:29]

Prezident Administrasiyasının şöbə müdiri bütün siyasi qüvvələrin seçkilərə qatılacağına əmindir

“Azərbaycanda son on ildə ictimai-siyasi durum sabitdir. Cəmiyyətin bütün səviyyələrində nizam-intizam bərpa olunub”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkiləri öncəsi vəziyyət barədə danışan şöbə müdiri ölkədə sabitliyin hökm sürdüyünü, ictimai-siyasi dairələrin qanunauyğun fəaliyyət göstərdiyini bildirib: “Ona görə də bələdiyyə seçkiləri sabit yarış şəraitində keçəcək. Bələdiyyələr seçicilərin iradəsinə uyğun olaraq formalaşdırılacaq”.Siyasi partiyaların seçkilərdə iştirakına gəlincə, Ə. Həsənov bütün siyasi qüvvələrin bu prosesdə iştirak edəcəyinə əmin olduğunu deyib: “Çünki seçkilərdə iştirak etməyən partiyaların perspektivini görmürəm. Siyasi partiya vətəndaşların işlərində, bilavasitə onların yerli seçkilərində iştirakı özünə rəva bilmirsə, onda prezident və parlament seçkilərində hansı üzlə onların qarşısına çıxa bilər?”
Xəbər xidməti

35 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Keine Kommentare:

Kommentar veröffentlichen