Mittwoch, 30. September 2009

FLORA KƏRİMOVA APARICILIQ ETDİYİ VERİLİŞDƏN DANIŞDI | Yeni Musavat

FLORA KƏRİMOVA APARICILIQ ETDİYİ VERİLİŞDƏN DANIŞDI | Yeni Musavat



Onlayn ictimai-siyasi qəzet
28.09.2009 [08:15]
FLORA KƏRİMOVA APARICILIQ ETDİYİ VERİLİŞDƏN DANIŞDI

“Məqsəd kimisə ayağa verib tapdalamaq deyil”

ANS telekanalında hər həftənin şənbə günü saat 23:00-da “Qırmızı-qırmızı” verilişinin nümayişinə başlanıb. Verilişin prodüseri Mikayıl Hüseynov lent.az-a açıqlamasında bildirib ki, yeni proqramda həftə ərzində ölkədə baş verən yeniliklər, bu günə qədər qatı açılmamış xəbərlər, hətta sosial problemlər də müzakirə ediləcək. Verilişi xalq artisti Flora Kərimova, jurnalist Lalə Yusifqızı və teleaparıcı Turan İbrahimov təqdim edir. Layihənin şərtlərinə görə, verilişə dəvət olunan qonaq hadisələri ekspert gözü ilə analiz etməlidir.Srağagün ilk dəfə efirə çıxan verilişdə qonaq qismində xalq artisti Faiq Ağayev iştirak edib. Hazırda Flora Kərimova ilə Faiq Ağayev arasında yaranan gərgin münaqişə ilə əlaqədar onların bir proqramda necə iştirak etməsi çoxlarında təəccüb doğurdu. Məlumdur ki, hazırda telekanallar qalmaqallı verilişlərlə daha çox tamaşaçı toplayır. Lakin əksər seyrçilərin maraqla gözlədiyi münaqişə baş vermədi. Üç müxtəlif mövqedə olan aparıcılardan biri kimi Flora Kərimova seyrçilərə daha çox tövsiyələrini ünvanladı.
Bu proqram Azərbaycan tamaşaçısına nə verəcək?
Dünən Flora Kərimova ilə əlaqə saxlayıb onun veriliş barədə fikirlərini soruşduq. Flora xanım bildirdi ki, verilişdə aparıcı kimi çıxış etməkdə məqsədi peşəkar sənətkar və bir vətəndaş olaraq öz mövqeyini tamaşaçılarla bölüşməkdir: “Bu verilişin məqsədi kimisə ayağa verib tapdalamaq deyil. Çox cavanlar populyarlıq qazanmaq xülyasına düşəndə bunu bəzi vaxtlar mənəvi itkilərin hesabına edir. Mənim o cavanlara tövsiyəm budur ki, ləyaqətini qorusunlar. Ləyaqət itiriləndə bu, bir bumeranq kimi özünü səndən sonrakı nəsildə büruzə verəcək. Gələcəkdə övladın, nəvən, nəticən sənin əməllərindən utanacaq. İndiyəcən nə olubsa olub, heç olmasa bundan sonra o səhvləri təkrarlama. Bu verilişdə sənin özünü kənardan görmək imkanın var. Özünə bax və bundan nəticə çıxart. Yıxılanı baltalamırlar, amma haqsızlığı baltalamaq lazımdır. Bu verilişdə kim hansı ampluada olursa olsun, mən insanlığı müdafiə edəcəyəm. Mənə bəzən tənə ilə ”Onun qatarı heç vaxt qayıtmayacaq" deyənlər də olub. Mən isə həmişə demişəm ki, gedən qatar qayıdır, amma itirilən ləyaqət qayıtmır. Bunu gərək cavanlarımız da unutmasın".
Müğənni verilişə aparıcı kimi dəvət edilsə də, orada müzakirə olunan mövzular, çağırılan qonaqların kimliyi barədə qabaqcadan məlumat almağa maraqlı olmadığını dedi: “Mənim üçün fərqi yoxdur, o verilişdə kim iştirak edir etsin. Yaradıcı münasibətdə heç vaxt kimlərinsə qarşısında şərt qoymamışam və belə niyyətim də olmayıb. Faiq Ağayevin də verilişə dəvət olunduğunu bilirdim. Mən ona sənədlər və faktlar əsasında öz sözümü demişəm, lakin istərdim ki, onun barəmdə səsləndirdiyi iftiralara cavablarım ictimaiyyətin baxışı altında olsun. Bu da düşünürəm ki, nə vaxtsa olacaq. Ona görə də verilişin formatına daxil olmadığından orada bəzi fikirlərim səsləndirilmədi. Lakin mənim heç kimin əleyhinə çıxış etmək fikrim yoxdur, hər kəsin sözünü isə arxasınca yox, üzünə deməyin tərəfdarıyam. Bu baxımdan ”Qırmızı-qırmızı" verilişi mənim məramıma münasibdir. Onu da deyim ki, verilişdə maraqlı mövzular çox idi. Vaxt azlığından bunlar müzakirə olunmadı. Gələcəkdə, yəqin ki, veriliş getdikcə püxtələşib öz axarını tapacaq və güman edirəm ki, geniş tamaşaçı auditoriyası qazanacaq".
SEVİL

764 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

1 Kommentar:

  1. "Benjamin Briel Lee hər zaman çox peşəkar idi, baş verən hər şeydən xəbərdar olurdu. Əgər suallarım varsa cavab verməyə həmişə hazır olardım. Bu mənim ilk ev alışım idi, kredit prosesi haqqında çox məlumatım yox idi, o suallarımı anlamağı çox asanlaşdırdı. Onunla işləmək çox xoşuma gəldi. "
    Hər hansı bir layihəni maliyyələşdirmək və ya hər hansı bir məbləği çox aşağı faizlə borc vermək istəyən bir qrup investorla işləyən bir kredit mütəxəssisi. Əlaqə Benjamin Briel Lee E-Mail: Lfdsloans@outlook.com Whats-App nömrəsi: + 1-989 -394-3740.

    AntwortenLöschen