Samstag, 5. September 2009

VƏTƏNDAŞLAR XARİCİ BORCUMUZDAN XƏBƏR TUTUB QƏZƏBLƏNDİLƏR “Hökumətdəkilər alıb yeyiblər, indi də borcu üstümüzə yazırlar”

Onlayn ictimai-siyasi qəzet
05.09.2009 [08:25]

Ötən saylarımızda Azərbaycanın xarici borcunun həcminin 7.179 milyard dollara çatması ilə bağlı məlumat vermişdik. Məlumatda bildirilirdi ki, dövlət və qeyri-dövlət xəttilə götürülən həmin məbləğdə borc ölkənin ümumi daxili məhsulunun 21.3 faizini təşkil edir. Buradan məlum olur ki, Azərbaycanda adambaşına düşən xarici borcun miqdarı 820 dollardır.Vaxtaşırı bu məsələ mətbuatın gündəminə gəlir və hər dəfə görürük ki, adambaşına düşən xarici borcumuz xeyli artıb.
Bu təhlükəli məsələ ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirdik. Maraqlıdır, vətəndaşların bu məbləğdə borclarının olmağından xəbərləri varmı?
İlk müraciət etdiyimiz respondent Pərvanə Qasımova rəqəmi eşitcək təəccübləndi və onun heç kimə borcu olmadığını dedi: “Mən 10 ildir işləmirəm. Dövlətdən pul götürüb nəsə iş qurmamışam. Mənim heç kimə borcum yoxdur”.
Həmzə Muxtarov pulların boş-boş proyektlərə - körpü-yol tikintisinə xərcləndiyindən şikayətləndi. O da “mənim heç kimə borcum yoxdur” dedi: “Bir ayağım bu dünyada, o biri ayağım o dünyadadır. Kimə borcum olacaq? Dövlət borc götürüb bu qədər iş görür, sonra da xalqın üstünə atırlar. Çox söz deyə bilərlər. Azərbaycanda əmək haqqı orta hesabla 400 manatdır. Bu məbləğin hamısı çatır guya bizə? Əlbəttə yox. Mən 55 il işləmişəm, bu gün 100 manat pensiya alıram. Gör mənim pulumdan nə qədər kəsirlər. Pensiyamda kəsilən pulları versinlər borcumu ödəsinlər. Bu ölkədə qanunlar işləmir. Yəqin körpü tikintisinə pul lazımdır. Ona görə borcu üstümüzə yazıblar”.
Adının çəkilməsini istəməyən respondent bildirdi ki, borcumuz varsa, əlbəttə, ödənməlidir: “Mənim heç kimə borcum yoxdur. Varsa neftin pulu ilə həll etsinlər. Neftdən özümüz istifadə etmirik. Heç olmazsa xaricilər xeyirin görsün”.
Faiq Natiqov borcdan xəbəri olmadığını dedi: “Bizim borc niyə olur ki? Dövlətin borcudur. Bütün gün tikib-sökməklə məşğuldurlar. Heç alınan borclar gəlib bizə çatmır. Dövlət səviyyəsində mənimsənilir, bizim üstümüzə yazılır”.
Türkan TURAN

73 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Keine Kommentare:

Kommentar veröffentlichen