Samstag, 29. August 2009

Insan leyaqeti toxunulmazdir. Bütün Dünyada insanlarin leyaqetinin qorunmasina chalisaq!! Zabit və gizirin qətlində vəhhabi izinin olduğu iddia olunur

Onlayn ictimai-siyasi qəzet
29.08.2009 [08:41]
MİLLİ ORDU İLƏ BAĞLI ŞOK MƏLUMAT


Bir neçə gün əvvəl Milli Orduda baş verən hadisə ilə bağlı dünən heyrətamiz təfərrütlar yayılıb. Pia.az saytında yer alan xəbərdə bildirilir ki, baş verən dəhşətli olaya 40 gün öncə Füzuli rayonu ərazisində baş verib.Məlumatda bildirilir ki, 8 ildir müxtəlif hərbi hissələrində gizir olan Ramal Əmrahov bu il Füzuli bölgəsindəki «N» saylı hərbi hissədə xidmətini davam etdirib: «Düşdüyü hərbi hissədə anormal vəziyyətlə barışmayan Ramal Əmrahov bununla bağlı leytenantla söhbət edir və bir qrup əsgərin özbaşınalığına son qoymağı tələb edir. Qarşılığında isə leytenant bildirir ki, həmin qrupun arxasında kimsə dayanıb və onlarla bağlı heç bir ölçü götürmək mümkün deyil. Dəfələrlə buna cəhd edilib. Amma kimlərinsə zəng vurmasından sonra hər şey köhnə qaydada davam edib».
Xəbərdə daha sonar deyilir: «Vəhabi olduqlarını bildirən 12 nəfərlik qrup digər əsgər yoldaşlarını təhqir etməklə, döyməklə günlərini keçirirmişlər. Buna görə də gizir Ramal Əmrahov raport yazmaq qərarını leytenanta bildirir və dediyini edir. Amma raport hazırladığı zaman qrup üzvü olan vəhhabi əsgərlərdən biri avtomat silahı ilə giziri hədələməyə başlayır və atəş açır. 5 güllə yarası alan Ramal Əmrahov yerindəcə keçinir. Səsə içəri daxil olan leytenant (adını dəqiqləşdirə bilmədik-red.) hadisənin baş verdiyini görüb bayıra çıxmaq istəyərkən əsgər onun arxası ilə atəş açır və aldığı çoxsaylı güllə yaralarından 3 gün sonra ölür.
Hazırda istintaq işinin getdiyi bildirilir. Amma nəticə ilə bağlı dövrü mətbuata heç bir açıqlama verilmir. Atəş açanın və digər qrup üzvlərinin hazırkı durumları ilə də bağlı heç bir məlumat verilmir".
Qeyd edək ki, bir müddət öncə mətbuatda iyulun 13-də Füzuli briqadasının əsgəri Emin Rəhimovun briqadanın zabiti və gizirini güllələməsi barədə xəbərlər dərc olunmuşdu. Məlumatda bildirilirdi ki, mayor rütbəli zabit və gizirə 20-dən artıq güllə vuran əsgərlər qaçmaq istərkən saxlanılıb. Məlumatda bildirilirdi ki, baş vermiş hadisə ilə əlaqədar müdafiə naziri Səfər Əbiyev Beyləqan korpus komandanının şəxsi heyətlə tərbiyəvi işlər üzrə müavini polkovnik Sərvər Cəbrayılovu vəzifəsindən kənarlaşdırıb.
Sonradan həlak olan zabitin əmisi oğlu redaksiyamıza zəng edərək hadisənin təfərrüatları barədə bəzi bilgilər vermişdi. Müdafiə Nazirliyi mətbuat xidməti isə yalnız bu günlərdə faktı təsdiqlədi. Adının çıkilməsini istəməyən mənbə pia.az-ın məlumatının məhz fevralın 13-də baş verən hadisəni əks etdirdiyini dedi.
Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev bildirdi ki, bu məsələ ilə bağlı ətraflı sabah (bu gün - E.) tam dəqiqliyi ilə açıqlama verə bilər: «Amma bir məsələ dəqiqdir ki, informasiya yalandır. Ümumiyyətlə Azərbaycan Ordusunda vəhhabi problemi yoxdur və belə hadisə baş verməyib».
ELŞAD

713 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Freitag, 28. August 2009

RƏSMİ BAKI NATO-ya QARŞI

Onlayn ictimai-siyasi qəzet
28.08.2009 [08:59]


Alman radiosundan şok iddia
«AWACS» təyyarələrinə Azərbaycan üzərindən uçuş icazəsi vermədiyi üçün «Taliban»a qarşı əməliyyatlarda problem yaranıb

NATO-nun erkən xəbərdarlıq sisteminə malik “AWACS” təyyarələrinin Azərbaycan üzərindən Əfqanıstana keçməsinə icazə verilməyib. “Deutsche Welle” xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin Azərbaycan və Türkmənistanla apardığı danışıqlar nəticəsiz qalıb. Bu üzdən NATO alternativ yollar axtarır. Bildirilir ki, NATO bu ilin iyul ayında təcili olaraq “Taliban”a qarşı hərbi əməliyyatlara dəstək vermək üçün Əfqanıstana “AWACS” təyyarələrinin göndərilməsinə qərar verib. Bu təyyarələrin bazası Almaniyada yerləşdiyinə və təyyarələrin heyət üzvlərinin üçdə ikisinin alman pilotlardan ibarət olduğuna görə NATO-nun qərarı Almaniya hökuməti vasitəsilə çıxarılıb. Daha sonra qərar Almaniya parlamentində-Bundestaqda təsdiq olunub və Əfqanıstan missiyası üçün 4 “AWACS” təyyarəsi ayrılıb. Missiyanı həyata keçirməli olan Almaniya hərbçilərindən ibarət heyət Türkiyənin Konya vilayəti ərazisindəki İncirlik NATO bazasına göndərilib. Lakin alman hərbçiləri orada 3 həftəyə yaxın gözləsələr də rəsmi Bakı və Aşqabadla aparılan danışıqlar nəticə verməyib. Azərbaycan və Türkmənistan hakimiyyətləri öz ölkələrinin üzərindən NATO hərbi aviasiyasının uçuşuna icazə verməyiblər.
Radiostansiyanın xəbərinə görə, müxalifətdə olan Sosial Demokratlar Partiyasının Bundestaqdakı fraksiyasının vitse-prezidenti Birqit Homburqer parlamentdəki çıxışı zamanı Almaniya hökumətini bu məsələ ilə bağlı səhlənkarlıqda ittiham edib və deyib ki, hökumət “AWACS” missiyasının həyata keçirilməsi üçün lazım olan tədbirləri görməyib. Homburqer deyib ki, hökumət bu məsələ ilə bağlı parlamentə izahat verməlidir. Almaniya Müdafiə Nazirliyinin rəsmisi Tomas Raabe isə informasiyanı təsdiqləyərək deyib ki, “AWACS” missiyasının həyata keçirilməsi üçün məsuliyyət NATO-nun baş katibi Andres Foq Rasmussenin üzərinə düşür. “Süddeutsche Zeitung” qəzeti isə yazıb ki, hazırda alyans “AWACS” təyyarələrinin Əfqanıstana uçuşu üçün Birləşmiş Ərəb Əmirliklərinin hökuməti ilə danışıqlar aparır.
“AWACS” təyyarələrinin vəzifəsi Əfqanıstanın hava məkanına nəzarət etmək olub. Hazırda bu vəzifəni Amerika Hərbi Hava Qüvvələri yerinə yetirir. Erkən xəbərdarlıq sisteminə malik təyyarələrin Əfqanıstana göndərilməsi ona görə vacib olub ki, NATO və Birləşmiş Ştatlar bu ölkəyə on minlərlə əlavə hərbçi göndərməyi qərara alıb. Bu isə Əfqanıstanın hava məkanında trafikin 3-4 dəfə artacağı deməkdir. Alyans “AWACS” təyyarələrini göndərmək haqda iyulun 2-də qərar verib. Həmin vaxt Əfqanıstanın cənubunda “Taliban”a qarşı 2001-ci ildən bu yana ən irimiqyaslı döyüş əməliyyatları başlamışdı. NATO-nun müraciətini nəzərə alan Almaniya Müdafiə Nazirliyi ölkə ərazisindəki bazalardan “AWACS” təyyarələrinin Əfqanıstana göndərilməsinə razılıq verib. Daha sonra qərar parlamentə göndərilib və böyük səs çoxluğu ilə təsdiqlənib. Almaniya mənbələrinin məlumatına görə, “AWACS” təyyarələrinin Əfqanıstandakı missiyası üçün 300 alman hərbçisi də ayrılıb. Almaniya Müdafiə Nazirliyi bildirir ki, Əfqanıstandakı uçuşların 51 faizini onların təyyarələri həyata keçirir. Bu baxımdan həmin təyyarələrin təhlükəsiz uçuşu üçün “AWACS” təyyarələrinin göndərilməsi çox mühümdür. İndiyədək NATO hərbi-nəqliyyat təyyarələrinin uçuşunun təhlükəsizliyini həm də Almaniyadan göndərilmiş “Tornado” qırıcı təyyarələri təmin edirdi. “Biz təyyarələrin Əfqanıstanda göndərilməsinin problemlə üzləşməsindən narahatıq, bu missiya bizim Əfqanıstandakı əsgərlərimizin təhlükəsizliyi üçün çox mühüm idi” deyə Almaniya Müdafiə Nazirliyindəki mənbə bildirib.
Mənbə deyib ki, Əfqanıstana 3 və ay 4 təyyarə göndərilməsi planlaşdırılırdı. Bu təyyarələr ancaq hava məkanının təhlükəsizliyini təmin edəcək və hərbi məqsədli hədəfləri aşkar etməyəcək. Bildirilir ki, NATO çoxdandır Əfqanıstana “AWACS” təyyarələrinin göndərilməsini planlaşdırıb, lakin bu məsələyə Fransa qarşı çıxıb. Fransa bildirib ki, əməliyyata ildə 100 milyon dollar xərcləməyə tərəfdar deyil və təhlükəsizliyi təmin etmək üçün öz imkanlarından istifadə edəcək. Sonda NATO üzvləri Fransanın üzərindən maliyyə yükünü qaldırıblar və Paris “AWACS” missiyasına razılıq verib. Ancaq bu dəfə məlum olub ki, təyyarələrin Əfqanıstana aparılması üçün dəhliz yoxdur. Rəsmi Bakının “AWACS”ların uçuçuna niyə icazə vermədiyi haqda məlumat yoxdur. Məsələ ondadır ki, 2001-ci ildən bu yana NATO-nun hərbi-nəqliyyat təyyarələri Əfqanıstana uçuşlar üçün Azərbaycanın hava məkanından istifadə edib və Bakıda enərək yanacaq götürüb. Bunlar əsasən NATO-nun Avropadakı bazalarından qalxan təyyarələr idi. “AWACS” təyyarələri NATO qırıcı aviasiyasına daxil deyil, ancaq alyansın birbaşa tabeçiliyində olan yeganə hərbi qüvvədir. Bu təyyarələr bir neçə min kilometr məsafədə hava məkanına nəzarət edir və olduqca böyük yüksəklikdən uçmaqla hər hansı hava hücumundan müdafiə sistemlərinə yaxalanmır. Ehtimal olunur ki, rəsmi Bakı nəhəng “AWACS” təyyarələrinin ölkə üzərindən keçməsi ilə bağlı yarana biləcək səs-küydən ehtiyat edib. Belə ki, bu uçuşdan Azərbaycanın qonşuları Rusiya və İran qətiyyən məmnun olmayacaqdı. Tehran və Moskvanı inandırmaq çətin olardı ki, “AWACS”lar yolüstü Rusiya və İranın da hava məkanına “göz gəzdirməyəcək”.
F.MƏMMƏDOV

3017 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Montag, 24. August 2009

MƏRKƏZİ BANKDAN OĞURLUQLARIN SENSASSİON TƏFƏRRÜATLARI

Onlayn ictimai-siyasi qəzet
24.08.2009 [08:53]

Pullar Balaxanı zibilliyinə daşınıb, orada ələ keçirilirmiş
Artıq çıxan 20 milyon yeni manatın Abdulla Məlik-Aslanova nə dəxli varmış? Əsrin oğurluğunda yeni adlar, yeni ssenarilər...

Xəbər verdiyimiz kimi hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əfqan Hacıyevin sədrliyi ilə Mərkəzi Bankın bir qrup əməkdaşının işi üzrə məhkəmə prosesi keçirilir. İş üzrə ilkin 3 proses açıq keçirilsə də, sonradan Mərkəzi Bankın nümayəndəsi prosesin qapalı keçirilməsi ilə bağlı vəsatətlə çıxış edib. Təqsirləndirilən şəxslər və onların vəkilləri istisnasız olaraq prosesin açıq keçirilməsini tələb etsələr də, hakim Mərkəzi Bank nümayəndəsinin vəsatətini təmin edib.

Bundan sonra redaksiyamıza hazırda həbsdə olan Mərkəzi Bankın xanım əməkdaşının məhbəsdən yazdığı məktub daxil olub. Ötən saylarımızda dərc etdiyimiz həmin məktubda Mərkəzi Bank rəhbərliyinin hansı mexanizmlə illərlə pul oğurlamasına dair açıq bilgilər vardı.

***

Dünən isə həmin məhbus qadın redaksiyamıza daha bir məktub yollayıb. Əvvəlki məktubunda pulları MB-nin kişi əməkdaşlarının oğurladığı halda indi içəridə daha çox qadın əməkdaşların yatdığını iddia edən arestant xanım bu dəfə əsl sensasiya partladır.
Budəfəki məktubda Mərkəzi Bankdan 2 “KamAZ” pulun kimlərin himayəsi və iştirakı ilə oğurlanması xırda detallarına kimi təsvir olunub. Bundan başqa, məktubda digər sensasion oğurluqlar barədə məlumatlar var.
Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

***

Abdulla Məlik-Aslanov2002-ci ildə dövriyyədən çıxmış əsginasların məhvi zamanı çox maraqlı hadisələr baş verib. Bu əsginasların məhvi bilavasitə Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini un (bu şəxsin kimliyi və əməlləri barəsində növbəti saylarımızdan birində məlumat verəcəyik - Red.) rəhbərliyi altında həyata keçirilib. O vaxtlar Mərkəzi Bankın nağd pul ilə iş departamentinin müdiri Malik Abbasov və xəzinə müdiri Firəngiz Hacıyeva (yeganə təqsirləndirilən şəxsdir ki, cinayət baş verən Mərkəzin Bankın “Xəzinə 2" deyilən və Nərimanov rayonu ərazisində yerləşən saxlanc şöbəsində çalışıb-red.) məhvetmə komissiyasının üzvləri ilə əlaqəyə girərək məhv edilməli olan əsginas bağlamalarını doğranmış (yəni məhv edilmiş) kimi qələmə veriblər. Sonradan isə bütöv saxlanmış əsginaslar məhv edilənlərlə birlikdə zibil kimi Mərkəzi Bank işçiləri tərəfindən Balaxanı zibilliyinə aparılıb və orada məhv edilmiş pulların arasından götürülüb. Həmin əsginaslar Mərkəzi Bankın Kassa Hesablama Mərkəzi vasitəsi ilə dəyişdirilərək, yenidən xəzinəyə daxil olmuşdur. Doğranmayan əsginasların Mərkəzi Bankdan Balaxanı zibilliyinə aparılmasına hal-hazırda xarici ölkələrin birində həbs edilən xəzinə departamentinin texniki Azad Cəfərov (bir müddət əvvəl Mərkəzi Bankın texniki Azad Cəfərovun İsveçdə həbsə alınması barədə məlumat vermişdik-Red.), əsginasların yenidən ərazi idarələrinə göndərilərək dəyişdirilməsinə isə ”nağd pulla iş departamenti"nin direktor müavini Azər Məmmədov rəhbərlik ediblər. Bu əməliyyatlardan təkcə xəzinə müdiri Firəngiz Hacıyevaya 100 min dollar verilməsi də qeyd edilir. Mərkəzi Bankın rəhbərliyi xaricdə həbs edilən Azad Cəfərovun Azərbaycana ekstradisiya edilməsinin heç də marağında deyil və bu işlərin ört-basdır edilməsi üçün onun Bakıya gəlməsinə hər cür maneçilik törədəcək. Bu hadisələrdən xeyli sonra Mərkəzi Bankda yeni alınmış pul məhvetmə avadanlığı quraşdırıldı və bu cür əməliyyatlar artıq baş tuta bilməzdi. Buna görə də xəzinə müdirinə yeni gizli və qanunsuz göstəriş verilib ki, Mərkəzi Bank xəzinədarlarının (hazırda həbsdə olan xəzinədarlar nəzərdə tutulur - Red.) pulu açılıb yenidən formalaşdırılsın və bağlamaların içərisində əskiklik yaradılsın. Xəzinə müdirinin məsləhəti ilə hazırda həbs edilmiş xəzinədarların adına olan bağlamalar ərazi idarələrinə göndərilib və içərisi dəyişdirilərək yenə həmin xəzinədarların adına formalaşdırılıb ki, yenə də məhvetmə komissiyası ilə razılaşdırılaraq, həmin pullar sayılmadan məhv edilsin. Buna əyani misal olaraq göstərmək olar ki, xəzinədar Nazilə Bağırovanın adına olan bağlamalarda əskiklik ilkin olaraq məhvetmə komissiyasında aşkar edilib. Malik Abbasov və Firəngiz Hacıyeva komissiyanın sədri, MTN əməkdaşı Rüfətdən xahiş ediblər ki, pullar sayılmadan məhv edilsin. Ancaq o razılaşmayaraq pulları saydıraraq əskikliyi aşkar edib. Sonra MTN-in Mərkəzi Bank üzrə kuratoru Zeynal Sofiyevin müdaxiləsi nəticəsində həmin əskikgəlmə məhvetmə komissiyasında aktlaşdırılmayaraq götürülüb və yenidən sayma şöbəsində rəsmiləşdirilib. Halbuki Mərkəzi Bankın təlimatına əsasən pullar yenidən sayma şöbəsində rəsmiləşdirilmədən məhvetmə komissiyasına təqdim edilə bilməz.

***

Məktubun bu hissəsində müəllif daha bir ilginc və bu günə kimi ictimaiyyətə məlum olmayan, Mərkəzi Bankda baş verən cinayət barəsində məlumat verir:
Yeni pulların (yeni dövriyyəyə buraxılan manat nəzərdə tutulur - Red.) sifarişi, daşınması və qəbulu ilə birbaşa Mərkəzi Bank İdarə Heyəti sədrinin müavini Abdulla Məlik-Aslanov məşğul olurdu. 2006-cı ildə qismən dövriyyəyə buraxıldıqdan sonra, 2007-ci ilin oktyabr ayında 3-cü və ən böyük partiya sifariş edilmişdi. Pullar xaricdə birbaşa Mərkəzi Bankın inkassatorları tərəfindən qəbul edilərək “AzAL” tərəfindən müqavilə əsasında daşınırdı. Dövriyyəyə buraxılacaq yeni manatlar yerlər (paddonlar) əsasında qəbul edilirdi. Hər “paddon”da 20 “karobka” və hər “karobka”da 20 bağlama olur. Pulları qəbul etmək və Mərkəzi Bankın xəzinəsinə daxil etmək üçün Mərkəzi Bankın 13 əməkdaşından ibarət komissiya təşkil edilmişdi. Pullar xəzinəyə daşınıb qurtardıqdan sonra “paddon”lar üzrə sayılaraq qəbul edilib. Pulların böyük partiya ilə gətirilməsi və bütün küpürlərdən ibarət olduğu üçün qəbulu səhər saat beşdə başa çatıb. Komissiya üzvlərindən biri “paddon”ların ümumi sayını hesablayarkən görüb ki, bir paddon pul artıqdır. Bundan sonra həmin komissiya üzvü siyahı ilə küpürlər üzrə saymağa başlayıb və görüb ki, 100 manatlıq küpürlə olan “paddon”un biri artıqdır. Bu vaxt Abdulla Məlik-Aslanov komissiyanın sədrinə bildirir ki, hay-küy salmayın, indi mən aydınlaşdıraram. Bu faktı müəyyən edən əməkdaşdan başqa, digər komissiya üzvləri pulun düzgün qəbul edilməsi barədə akta həmin vaxt artıq imza etmiş olublar. Həmin əməkdaş eyni zamanda səhər ərazi idarələrinə göndəriləcək “paddon”ların siyahısının xəzinə müdirinə verildiyini görüb. Abdulla Məlik-Aslanov 1 saatdan sonra qayıdaraq deyir ki, hər şeyi aydınlaşdırdım, bu pul səhvən çap fabrikindən göndərilib. Yenidən akt tərtib edilərək artıq gətirilmiş 20 milyon manat pul xəzinəyə mədaxil edilir. Köhnə aktın bir surəti indi də komissiya üzvlərinin birində saxlanılır. Buradan görünür ki, xaricdən gətirilən bir “paddon” pul nə çap fabrikində, nə “AzAL”da, nə də komissiya tərəfindən aşkar edilmədən 20 milyon məbləğində yeni manat ərazi idarələrinin birinə göndərilərək oradan götürüləcəkmiş. Bu hadisələrdən sonra Mərkəzi Bank daxilində təcili struktur dəyişiklikləri baş verir. Abdulla Məlik-Aslanov və Aliyə Allahverdiyeva (keçmişdə Bəşər Hacıyev hadisələrində Aliyə Vəzirova - məktub müəllifi) və Malik Abbasov vəzifədən kənarlaşdırılır və hazırkı cinayət işi həmin insanların yarımçıq qalmış əməllərinin bir hissəsidir. Avqustun 18-də keçirilən məhkəmə iclası zamanı bir məqam tam aydın ortaya çıxarılıb. Mərkəzi Bankın təhlükəsizlik departamentinin direktor müavini İsrafil Əliyev ifadəsində bildirib ki, bu iş Mərkəzi Bankın kassasında baş verə bilməzdi. O həcmdə pulun dəyişməsinə və formalaşmasına orada imkan yoxdur. Məhkəmə ikinci bir faktın şahidi olub ki, şahid qismində dindirilən adamların 80 faizi 2007-ci ilin axırı və 2008-ci ildə işə götürülənlərdir. Prosesin gedişindən belə təəssürat yaranır ki, Mərkəzi Bank istintaq və məhkəmə orqanlarına təsir etməklə istədiyi nəticələrə nail olacaqdır. Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Azər Əliyev çalışıb ki, bütün günahı kassa işçilərinin üstünə yıxsın və bu işin xəzinədarlığa aid olmadığını sübut etsin. Bu işin öhdəsindən layiqincə gəldiyinə görə işi məhkəməyə göndərən kimi mükafat olaraq Bakı Şəhər Prokurorluğunun baş müstəntiqi təyin edilib. Bununla da Mərkəzi Bank öz üzərinə düşən vəzifələri yerinə yetirib".
Hazırda həbsdə olan xanımın kimliyi redaksiyaya məlumdur. Biz onun təhlükəsizliyini və həm də öz xahişini nəzərə alaraq adını açıqlamırıq. Onsuz da mətndən də göründüyü kimi, redaksiyaya belə bir məktubu təsadüfi adam, ya da müxbir öz fantaziyaları əsasında hazırlaya bilməzdi. Burada açıqlanan bütün detallar heç şübhəsiz ki, peşəkar və prosesi bilən biri tərəfindən yazılıb. Həm də bunlar elə detallardır ki, buna mütləq dövlət rəsmiləri, ən azı Mərkəzi Bankın sədri Elman Rüstəmov reaksiya verməlidir.
Əlimizdə bu qəbildən olan başqa materiallar da var. Biz onları yeri gəldikcə dərc edəcəyik. Eyni zamanda Mərkəzi Bank rəhbərliyinə də təklif edərdik ki, ortaya atılan iddialarla bağlı qəzetimizə danışsınlar.

***

Bizdə olan bilgilərə görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov xaricdədir. Bəziləri onun qaçdığını, bəziləri, sadəcə, məzuniyyətdə olduğunu, ancaq qayıtmayacağını deyirlər. Bizsə deyirik ki, işdir-şayət, hörmətli Elman müəllim Bakıya qayıtsa, qəzetimizə müsahibə verə bilər. Və əslində bütün bu məsələlərə dair ictimaiyyətə məlumat, izahat vermək zatən onun borcudur. Əks halda, gedib müstəntiqə ifadə verməlidir.

A.İSMAYIL

3019 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Sonntag, 23. August 2009

Воспитание Материал из Википедии — свободной энциклопедии

Человек

Ни одно животное не затрачивает так много времени и сил на воспитание своего детёныша, сколько (около 15 лет) это необходимо человеку, как личности. Воспитание, обычно, строится "на трёх китах": 1) наказание (кнут), 2) поощрение (пряник) и 3) личный пример воспитателя.

Исключительное значение воспитание приобретает в человеческом обществе. С его помощью формируются:

* вторая сигнальная система (речь)
* поведенческая активность, направленная на изменение внешней среды
* деятельность, опосредованная через измененные элементы внешней среды (орудия производства).

Благодаря этим модификационным возможностям, человеческая популяция создала специфические наследственные структуры негенетического характера — культуру и этническую традицию. Феномен человеческой популяции заложен в качественно новых способах, по сравнению с популяциями остальных высших животных, коллективной переработки информации и высокой скорости обработки информации индивидом, живущим в социуме. В принципе человеческий организм структурно ничем не отличается от всех остальных высших животных, однако сочетание двух вышеуказанных факторов создало значительное преимущество в выживании за счет направленного изменения среды обитания под доступные пределы адаптации человеческого организма.

OBAMA MÜSƏLMANLARA MÜRACİƏT ETDİ

23.08.2009 [08:01]

ABŞ prezidenti Ramazan ayının başlanması münasibətilə İslam aləminə təbrik ünvanladı

ABŞ prezidenti Barak Obama amerikalılar və ölkədə yaşayan bütün müsəlmanlar adından dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edib. Ağ Evin sahibi müsəlman dünyasına aid vacib məsələlər, həmçinin Yaxın Şərq münaqişəsi, İraq müharibəsi kimi mövzulara toxunub (APA).Obama qeyd edib ki, “biz dünyanın daha təhlükəsiz olması üçün öz səylərimizin məsuliyyətini tam anlayırıq. Buna görə də biz ciddi olaraq yəhudilərlə fələstinlilərin sülh və təhlükəsizlik şəraitində yaşaması üçün ”İki dövlət həlli"ni dəstəkləyirik. Buna görə də Amerika universal insan haqlarını dəstəkləməkdə davam edəcək".
Prezident Obama müsəlman dünyası ilə yeni başlanğıc siyasətinə sadiq qaldığını, əks tərəfin mövqeyini dinləməyə hazır olduğunu bəyan edib.
Xəbər xidməti

390 dəfə baxılıb

Freitag, 14. August 2009

MƏLEYKƏ ABBASZADƏ NARAZILARA ÜNVAN GÖSTƏRDİ

Onlayn ictimai-siyasi qəzet
14.08.2009 [16:56]

“Məhkəməyə müraciət edə bilərlər”

“Azərbaycanda imtahanlar ədalətli keçirilir və narazı olan şəxslər məhkəməyə müraciət edə bilər”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. TQDK sədri deyib ki, Azərbaycanda cari tədris ilində ali və orta ixtisas məktələrinə qəbul imtahanlarında doldurulmuş cavablar vərəqsi ilə əyani tanış olmaq üçün komissiyaya 295 abituriyent rəsmən müraciət edib. Onun sözlərinə görə, müraciət edənlər imtahanların cavablarında şübhələnib. Nəticədə 295 nəfər müraciət edənin 95-i ümumiyyətlə, komissiyaya gəlməyib, digərləri TQDK ilə razılaşıb, 12 nəfər isə qaralama vərəqlərini göstərərək orada düzgün, əsas imtahan vərəqələrində isə cavabların səhv olduğunu bildirib: «Bir çox abituriyentlərin valideyinləri də öz narazılıqlarını bildirib. Belə ki, valideyinlər abituriyentin sınaq imtahanlarında yüksək bal toplaması, əsas imtahanda isə uğursuz iştirakından narazıdır. Bir çox hallarda uşaqlar öz valideynlərini sınaq imtahanlarının nəticələri ilə bağlı aldadırlar”.

260 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Dienstag, 4. August 2009

Məleykə xanımın acı gülüşü…

http://azadliq.az/?p=19612

* 4 August, 2009, 16:30


meleyke-abbaszade5…Bu da düz 11 il əvvəl «islahatçı nazir» tozanağı ilə kresloya əyləşən M.Mərdanovun «islahatçılığı»nın sonu
Məzunların bu il buraxılış və qəbul imtahanlarında göstərdiyi nəticələr indi cəmiyyətin bütün dairələrində geniş müzakirə olunmaqdadır.
Vəziyyət doğrudan da acınacaqlıdır: onların 32 faizinin məktəbdə yiyələndiyi bilik və bacarıqlar attestat almalarına kifayət etməyib, ali təhsil iddiasında olanların isə 60 faizə yaxını 200-dən aşağı bal toplayıb. Yəni “qeyri-kafi” qiymət alıb. Aralarında da çoxlu sayda “buraxılış imtahanı əlaçısı”. Bu durumun bircə adı var: IFLAS!
Büdcənin milyardlarını, ailələrin və Heydər Əliyev Fondunun milyonlarını acgözlüklə sümürüb dinozavra çevrilmiş qarınqulu təhsil sisteminin xalqın gələcəyi ilə qorxulu oyun oynadığı barədə mətbuat neçə illərdir ki, “SOS” siqnalı verir, təhsil müəssisələrində korrupsiya və rüşvətin günü-gündən çiçəklənib dövlətçilik və müstəqillik anlayışlarını baltalamasından yazır. R.Ibrahimbəyov, Ç.Abdullayev kimi dünyaca ünlü ziyalılar, millət vəkilləri, yazıçılar, təhsil mütəxəssisləri vəziyyətin dözülməzliyi ilə bağlı haray çəkir. Amma eşidən yoxdur ki, yoxdur!
“Təhsil Azərbaycanın üz qaralığıdır!” - bu sözləri ötən il xalq yazıçısı Ç.Abdullayev müsahibələrinin birində demişdi. Kimə məlum deyil ki, bu ranqlı ziyalıların səsləndirdiyi fikirlərin ünvanı adi cəmiyyət üzvləri deyil. Ziyalının əlindən özgə nə gəlir ki?!
Builki acınacaqlı durumun bir özəlliyi də var. Məzunlar məktəbdə oxuduqları 11 ilin hamısını (1998-2009) nazir M.Mərdanovun rəhbərliyi altında keçiriblər. “Riyaziyyat” və “Informatika” fənlərinə aid bilikləri onun “dillər əzbərinə çevrilmiş dərslikləri” əsasında öyrəniblər. Bir sözlə, təpədən-dırnağa professorun yetirmələridir. Yetişdirə bilmədiyi yetirmələri…
Qloballaşan dünyada yaşamaq uğrunda amansız rəqabətə hazırlanmamış zavallı gənclərin qaranlıq gələcəyinin, göyə sovrulmuş milyonların hesabını indi kim verəcək? Zabitlər əsgərlərin böyük bir hissəsinin döyüş hazırlığı üçün vacib olan ən sadə hesab əməllərini belə yerinə yetirə bilmədiklərindən dəhşətə gəldiklərini bildirirlər. Axı onları qarşıda düşmən tapdağı altında qalmış torpaqlarımızın azad olunması üçün texnoloji döyüşlər gözləyir… Daha nə baş verməlidir ki, diqqət təhsilin xərabəliklərinə yönəlsin?
…Bu da düz 11 il əvvəl “islahatçı nazir” tozanağı ilə kresloya əyləşən M.Mərdanovun “islahatçılığı”nın sonu. O, təhsilin hansı sahəsində irəliləyişə nail oldu? Dağılmış bağça və peşə təhsili sistemindəmi, milləti dünyada başıaşağı etməkdə olan ali təhsildəmi? Yoxsa əsas vəzifəsi “fondpulu-jurnalpulu” oyununa çevrilmiş orta məktəb təhsilindəmi?
Əgər attestat alverinə qurşanmış təhsil şöbə müdirinin seyfindən 2 milyon manat çıxırsa, bunun hesabını təkcə seyf yiyəsimi verməlidir? Onu bu vəzifəyə təyin edən, əməllərinə “göz yuman” yetkililər heçmi günahkar deyillər? Əgər onlar vəzifəyə təyin etdikləri kadrların əməllərinə görə məsuliyyət daşımaq istəmirlərsə, onda icazə versinlər həmin şəxsləri pedaqoji kollektivlər və valideyn şuraları seçsinlər ki, günahkarı da özləri olsunlar…
Belarusiya məktəblərinin şagirdləri son illərdə beynəlxalq fənn olimpiadalarından 262, Qazaxıstan şagirdləri 252 medal gətiriblər. M.Mərdanovun təhsilə rəhbərlik etdiyi 11 ildə Azərbaycan şagirdləri heç bunun onda biri qədər də medal qazanmayıb. Qonşu Gürcüstanda indi bu sahəyə xaricdə mükəmməl təhsil almış, demokratik dünyagörüşlü 30-35 yaşlı gənclər rəhbərlik edir. Məktəblərə direktoru müəllim-valideyn-şagird assosiasiyaları seçirlər. Müəllimi işə özüm götürməliyəm - deyən M.Mərdanov isə onlarla “fikir mübadiləsi”nə “təhsildə güclü tabeçiliyin üstünlükləri”ndən dəm vuran üç pensiyaçı məmuru göndərib Azərbaycan təhsilini qonşu ölkədə gülüş obyektinə çevirir.
Təhsilimizə yalnız xaricdə yox, ölkə içində də gülürlər. TQDK sədri M.Abbaszadənin iyulun 31-də mətbuat konfransında səsləndirdiyi bu sözləri diqqətlə oxuyun: “Elə məktəblərimiz var ki, onlar ancaq 200 ballıq abituryentləri oxuda bilirlər. 200 ballı abituryentlər onlar üçün çox böyük hədiyyədir!”
Vicdanını sağlam saxlamağı bacaran yüksək vəzifəli bir məmur Azərbaycan reallığında xalqın başında oynanan komediyaya özgə hansı formada gülə bilər?! Onun acı gülüşünün nə anlama gəldiyini ancaq qanmazlıq istedadı olanlar başa düşməz!..
S.Novruz

Sonntag, 2. August 2009

Vəfa Quluzadə: «Azərbaycan mövqeyini dəyişməlidir»

02.08.2009 [09:12]
«DANIŞIQLARLA SÜLH ƏLDƏ EDİLMƏYƏCƏK»

http://www.musavat.com/site/#

«Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Müxtəlif təkliflər səslənsə də, qərar yalnız və yalnız Azərbaycanın milli maraqlarına uyğun qəbul olunacaq. Yalnız qərarın qəbulundan sonra son nəticə açıqlanacaq». XİN-in mətbuat katibi Elxan Poluxov yuxarıdakı fikirləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın son açıqlamalarını şərh edərkən bildirdi. Qeyd edək ki, Brayza açıqlanan Madrid prinsiplərində ermənilərin iradəsini ifadə etməsi anlayışının əksini tapmasının səbəbini açıqlayarkən bunun əslində elə referendum mənası verdiyini etiraf edib. Diplomat bildirib ki, referendum ifadəsi Azərbaycan cəmiyyətində qıcıq doğurduğu üçün, onu başqa ifadə ilə əvəzləyib prinsiplərin əsas müddəası kimi təqdim ediblər.
Bununla amerikalı həmsədr etiraf edib ki, onun ölkəsi də daxil, vasitəçilərin məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpası yox, Dağlıq Qarabağı ermənilərə hədiyyə etməkdir. Ona görə ki, elə bu günlərdə Qarabağ erməniləri arasında keçirilən sorğu zamanı məlum oldu ki, separatçıların yalnız 1,5 faizi Azərbaycanla birgə yaşamağın tərəfdarıdır. Bu mənada ermənilərin öz iradəsini təyin etməsindən başqa nəticəni gözləməyin sadəlövhlük olduğunu elə Brayza da bilməmiş deyil.
Rəsmi Bakı isə bu kimi açıqlamaları hələ ki sakitliklə qarşılayır. E.Poluxov Madrid prinsiplərinin yenilənməsi barədə həmsədrlərin açıqlamasına da şərh vermədi: «Təkliflər təqdim olunandan sonra onların nədən ibarət olduğu bilinəcək».
Politoloq Vəfa Quluzadə isə məsələyə sərt reaksiya verdi: «Amerikanlar elə düşünür ki, Azərbaycan hakimiyyəti patriotik propaqanda aparıb xalqı Qarabağ məsələsində güzəştə getməyə qoymur. Onlar elə düşünür ki, hakimiyyət Azərbaycan xalqını Dağlıq Qarabağı Ermənistan verməyə hazırlamalıdır. Brayza bu səbəbdən deyir ki, referendum ifadəsi ictimaiyyəti qıcıqlandırırsa, onu başqa ifadə ilə əvəzləyirik. Yəni siz torpağı referendumla vermək istəmirsinizsə, onu başqa ifadə ilə dəyişirik. Belə bir mövqe tamamilə cəfəngiyatdır. Mən Minsk Qrupunun üzvlərinə bir insan kimi hörmət etsəm də, onların fəaliyyətinə hörmət etmirəm. Çünki onlar boş işlə məşğuldurlar. Erməni təcavüzünü hər görüşdə səsləndirmək əvəzinə, çalışırlar ki, hansısa üsulla Azərbaycan rəhbərliyini öz xalqını aldatmaq yolu ilə erməniyə torpaq verməyə vadar etsinlər. Azərbaycan rəhbərliyi guya xalqı aldadıb torpağını düşmənə verməyin nə demək olduğunu bilmir. Əslində Azərbaycan rəsmiləri Rusiya kimi nəhənglə əlaqələri korlamamaq üçün bu oyunda iştirak etməyə məcburdur».
V.Quluzadə Dağlıq Qarabağ ermənilərinə ən yüksək statusun vəd olunmasına qəti etiraz edərək bildirdi ki, Azərbaycan mövqeyini dəyişməlidir: «Erməniyə muxtariyyət düşmür. Çünki onlar azərbaycanlıları həm Ermənistandakı dədə-baba yurdlarından, həm də Azərbaycan ərazisindən didərgin salıblar. Əgər Ermənistanda da azərbaycanlılar üçün həmin səviyyədə muxtariyyət yaradılsa, o zaman ermənilərə muxtariyyət vermək olar. Ermənilər və onların havadarları Dağlıq Qarabağın müstəqilliyini istəyirlərsə, onda Zəngəzur və Göycə mahalının tarixi sakinlərinə də müstəqillik versinlər. Onsuz da danışıqlarla heç bir sülh əldə etməyəcəyik. Bu səbəbdən təbliğat qılıncının ucunu itiləməli və Ermənistan qarşısında öz şərtlərimizlə çıxış etməliyik».<%-3>
Belə hesab olunur ki, Azərbaycan təzyiqlərə məruz qalaraq hansısa təslimçi sazişə imza ata bilər. Bu mənada 1999-cu ildə, məhz razılaşma əsasında verilən istefa qərarları xatırlanır. Bəs, hazırda kimlərsə antimilli qərara cavab kimi istefaya gedə bilərmi? Sabiq müşavir dedi ki, 1999-cu ildə İstanbul sammiti ərəfəsində Azərbaycana təzyiq yox idi: «Onda ortada razılaşma üçün xoş məram var idi. Bu isə düzgün hesablamalara əsaslanmamışdı. Nəzərə alınmırdı ki, Ermənistan yoxdur, əslində ermənilərin ruslar tərəfindən hazırlanmış kabusu var və onunla sülhə gəlmək olmaz. Əgər biz 1999-da hansısa sülhə nail olsaydıq, Ermənistan regionun normal dövləti olacaqdı. Mən sülhün əleyhinə deyildim. Sadəcə, əmin idim ki, arxada Rusiya olduğu üçün Ermənistanla heç bir anlaşma mümkün deyil. On gün sonra mənim proqnozum özünü doğrultdu, Ermənistan parlamenti güllələndi. Amma çox qəribədir ki, heç kim bu hadisəni xatırlamaq istəmir».<%-4>
V.Quluzadə kiminsə istefaya getməsinə ehtiyac duymur: «İndiki prezidentin durumu elədir ki, ərazi bütövlüyü kənarında heç bir saziş imzalana bilməz. Onun xalqına xəyanət etməsi, indiki şəraitdə Azərbaycanı təslimçi sülhə sürükləməsi istisnadır. Həmsədrlər bunu qanmalıdır və gəlib ədalətli sülh formulunu ortaya qoymalıdırlar». Politoloq bir xəbərdarlığını da etdi: «Azərbaycanın NATO-ya can atdığı dövrdə Rusiya bizə hər an erməninin əli ilə zərbə endirə bilər».
E.PAŞASOY

1176 dəfə baxılıb

Рейтинг@Mail.ru

Rasmussen bu posta seçilərkən Türkiyənin vetosu ilə üzləşmişdi

02.08.2009 [21:44]
NATO-NUN YENİ BAŞ KATİBİ SABAHDAN İŞƏ BAŞLAYIR
http://www.musavat.com/site/#

Avqustun 1-dən Şimali Atlantika Razılaşması Təşkilatı – NATO-ya rəhbərlik Danimarkanın keçmiş baş naziri Anders Fogh Rasmussenə keçib. O, hollandiyalı Yaap de Hoop Schefferi əvəz edib. (“Azadlıq” radiosu) Yeni baş katib sabah Brüsseldə səlahiyyətlərinin icrasına başlayacaq.

“Reuters” agentliyi Rasmussen haqqında bunları yazır. Anders Fogh Rasmussen üç dəfə Danimarkanın baş naziri olub. İlk dəfə 2001-ci ilin noyabrında keçirilən seçkidə onun Liberal Partiyası (Danimarkada mühafizəkar siyasi qüvvələri təmsil edir) qalib gələndə baş nazir olub. Liberal Partiyası siyasi sığınacaq istəyənlərlə bağlı qanunları sərtləşdirəcəyi və vergiləri azaldacağı barədə vədlərlə seçkini udmuşdu. 2005-ci ildə də buna bənzər və Danimarkanın sosial təminat sistemini təkmilləşdirmək vədləri ilə yenidən seçkidə qalib gəlib.

2007-ci ildə seçkini udanda isə bunu ictimai xidmətlərin yaxşılaşdırılması üçün ona verilən çox güclü bir dəstək adlandırdı. Amma 1992-ci ildə, o vaxtlar Danimarkanın vergi naziri işləyən Rasmussen kəskin tənqidlərlə üzləşmiş, onu səriştəsiz rəhbərlikdə ittiham edənlərə cavab olaraq vəzifəsindən istefa vermişdi.Rasmussen 2003-cü ildə ABŞ rəhbərliyi ilə İraqa hərbi müdaxiləni dəstəkləyib. Çıxışlarında bildirir ki, NATO ölkələri Əfqanıstana daha çox hərbi qüvvə göndərməlidir. Danimarkanın 700 əsgəri Əfqanıstanda Talibanla döyüşür.Türkiyə bir müddət Rasmussenin NATO baş katibi olmasına etiraz edib. Ankara 2006-cı ildə Danimarka qəzetlərində Məhəmməd Peyğəmbərin karikaturası çap olunanda onu üzr istəməməyə görə tənqid edirdi. Ankara deyirdi ki, onun rəhbərliyi ilə NATO-nun müsəlman dünyasında necə sülhə çalışa biləcəyi sual altındadır. Lakin işə ABŞ prezidenti Barak Obamanın və digər Qərb liderlərinin qarışmasından sonra Türkiyə rəhbərliyi vetonu geri götürməyə razılaşıb.

Anders Fogh Rasmussen 56 yaşındadır, 1953-cü il yanvarın 26-da anadan olub. O, özünü olduqca dəqiq və çox diqqətli planlar quran bir adam kimi tanıdıb. Fransız dilini mükəmməl bilir. Adətən tətillərini Fransada keçirir. Evlidir, iki qızı, bir oğlu var. 2003-cü ildə İtaliyanın baş naziri Silvo Berluskoni onun haqqında deyirdi: “Rasmussen Avropada ən yaraşıqlı baş nazirdir. Onu arvadımla tanış etməyə fürsət axtarıram”.





Siyasət şöbəsi

134 dəfə baxılıb

Samstag, 1. August 2009

Grundlagenstudie Wertekultur und Unternehmenserfolg

Ablauf der Studie Theoretisches Modell Studienergebnisse
http://deep-white.com/studies/value_study-de.php
* Ausgangslage der Studie
* Fragestellung
* Wissenschaftliche Relevanz

Deep White untersuchte in Kooperation mit dem MCM Institut der Universität St. Gallen den messbaren Zusammenhang zwischen dem gelebten Wertesystem von Unternehmen und dem betriebswirtschaftlichen Erfolg. Im Herbst/Winter 2003/04 wurden 2134 Mitarbeiter in 33 Unternehmen befragt. Die Ergebnisse wurden im März 2004 veröffentlicht. Prof. Dr. Andreas Herrmann, Institut für Medien- und Kommunikationsmanagement der Universität St. Gallen: "Die wissenschaftliche Erforschung des Zusammenhangs von Unternehmenswerten und dem Unternehmenserfolg hat in den letzten Jahren vor allem im US-amerikanischen Raum ein verstärktes Interesse erfahren. Trotz dieses Forschungsbooms fehlen noch immer theoretische Modelle, die erklären, wie der Zusammenhang zwischen Werten und Erfolg vermittelt wird. Die Deep- White-Studie trägt dieser wissenschaftlich höchst relevanten Fragestellung Rechnung."

* MCM Institut

Ausgangslage der Studie

In einer Langzeituntersuchung der Akademie Schloss Garath - über zehn Jahre in mehr als 400 Unternehmen durchgeführt - wurden die Gründe untersucht, warum Unternehmen in Deutschland immer weniger Umsätze und immer weniger Profits mit Innovationen generieren. Es wurden einige Aspekte wie F&E-Bereiche, Marktforschung, Management-Qualitäten, Investitionsbudgets und u. a. auch die gelebte Wertekultur in Unternehmen über zehn Jahre untersucht. In diesem Zusammenhang ist ein Teilbereich der Ergebnisse besonders interessant: Erfolgreiche Unternehmen weisen eine auffallend hohe Korrelationen in ihren Wertekulturen auf - nicht erfolgreiche übrigens auch. Daraus ist die Frage entstanden, ob die gelebten Werte in einem Unternehmen einen wissenschaftlich haltbaren Zusammenhang zum Unternehmenserfolg haben und wie groß dieser Einfluss ist.

Fragestellung

Werte, die in Unternehmen gelebt werden sowie nach denen Mitarbeiter und Management denken und handeln, stellen einen wichtigen Faktor für den Unternehmenserfolg dar. Deshalb beschäftigen sich zahlreiche Unternehmen mit der Frage nach der "richtigen" Wertekultur. Also eine Wertekultur, die Erfolg versprechend ist und zu den Zielen und Visionen des Unternehmens passt.
Die Frage, wie stark der Zusammenhang zwischen gelebten Werten und Unternehmenserfolg tatsächlich ist, und welche Werte eher "Erfolgswerte" darstellen als andere, ist Gegenstand des Forschungsvorhabens. Das Projekt überprüft die Grundhypothese, nach der zwischen dem Wertesystem von Unternehmen und dem Unternehmenserfolg ein messbarer Zusammenhang besteht. Daraus ergeben sich die folgenden Teilfragestellungen:
Besteht ein signifikanter Zusammenhang zwischen bestimmten Werten, die in einem Unternehmen gelebt werden - den so genannten "Erfolgsfaktorenwerten" - und dem Unternehmenserfolg?
Über welche intervenierenden Variablen wird der Zusammenhang zwischen Unternehmenswerten und -erfolg vermittelt?
Lässt sich die Wahrscheinlichkeit, mit der sich eine Optimierung des Wertesystems auf den Unternehmenserfolg auswirkt, quantifizieren?

Wissenschaftliche Relevanz

Die wissenschaftliche Erforschung des Zusammenhangs von Unternehmenswerten und dem Unternehmenserfolg hat in den letzten Jahrzehnten insbesondere im US-amerikanischen Raum ein verstärktes Interesse erfahren. Trotz dieses Forschungsbooms fehlen noch immer theoretische Modelle, die erklären, wie der Zusammenhang zwischen Werten und Erfolg vermittelt wird (Wilderom, Glunk & Maslowski, 2000). Die Deep-White-Studie trägt dieser wissenschaftlich relevanten Fragestellung Rechnung, indem neben der Untersuchung von Werten und Erfolgsindikatoren auch intervenierende Variablen wie Identifikation und Engagement erfasst werden. Der Einfluss der Unternehmenswerte auf diese intervenierenden Variablen und schlussendlich auf den persönlich wahrgenommenen und an Finanzkennzahlen festzumachenden Erfolg wird anhand eines theoretisch fundierten Modells überprüft.