Samstag, 2. Mai 2009

Elxan Nuriyev “İslam Respublikası bir milyon müsəlman qacqının taleyinə yanmaqdansa, işğalcı ermənilərlə sıx əlaqələr qurur və s”.

LINK

Dünya Azərbaycan Konqresi Strateji Araşdırmalar Mərkəzinin suallarını Ukrayna Ali Radasinda Hüquq Siyasəti məsələləri üzrə komitədə, ”Bizim Ukrayna-Xalq Özününmüdafiə” fraksiyasının sədr muavini Ruslan Knyazevicin köməkçisi,həmyerlimiz Elxan Nuriyev cavablandırır. Elxan bəy Ukrayna-Azərbaycan münasibətlərini izləyən bir şəxs kimi, bu gün iki dövlət arasındakı münasibələrin inkişafı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı. Ukrayna-Azərbaycan münasibətləri artan dinamik inkişaf xətti üzrə davam edir. Ukraynanın rəsmi dövlət və qeyri-rəsmi sektorundakı qurumları Azərbaycanı birmənalı dost dövlət kimi ictimaiyyatə təqdim edir və bu pozitiv ənənələrrin daha səmərəli inkişafına xüsusi diqqət yetirir. Dövlət Statistika Komitəsinin rəqəmlərinə baxsaq bunu daha aydin görərik: 2007-ci ilin yanvar-avqust ayları ilə müqayisədə dövlətlərarasi ticarət əlaqələri 2008 ci ilin həmin dövrü üçün 259,84 milyon ABŞ dolları cox olmuş (705,07 milyon ABŞ dollari),yəni 58,4 % artmışdı. Bütövlükdə keçən il iki dövlətin qarşılıqlı ümumi xarici ticarət əlaqələri 1 mlyard ABŞ dolları ərəfəsində oldu. Bu ilə proqnozlaşdırılan rəqəmlər ən azı daha 30 % artım olacağına bizdə,yeni Ukrayna tərəfində əminlik yaradir.Dövlətlərimiz arası münasibətlərds esas perspektivli sahələr energetika sektoru,aviasiya,kosmik tədqiqatlar,tikinti, nəqliyyat, kənd təsərrüfatı ,orta və kiçik biznes və s.-dir.Bunu da deyim ki,Ukraynanın neft və neft məhsullarına,neft sənayesi ücün maşınqayırma,kimya və neftkimyası sahələrinin Azərbaycandan importuna(alınmasına) ehtiyyaci var.Öz növbəsində Ukrayna Azərbaycana qara və əlvan metallurgiya,yeyinti və farmakologiya sahələrində eksportu(satılmasına) artırmaq istəyindədir. Bu istiqamətlərdə hər iki ölkədə olan səfirliklər prinsipial mövqədədirlər ve fikrimcə effektli fəaliyyət gösterirlər.Bir sözlə,dövlətlərarası və xalqlararası münasibətlər ənənəvi olaraq qarşılıqlı hörmət və simpatiya ilə müşahidə olunur,ürəkacandır və inkişaf etməkdədir.

Hal hazırda Ukraynada cərəyan edən içtimai- siyasi durum neçədir?

Məncə Bakıdan bir az fərqli görsənir Ukraynadakı daxili ictimai-siyasi vəziyyət. Cox dostlar narahatlıq keçirir və mənə bildirirlər ki, ”vəziyyət deyəsən Ukraynada cox pisdir!”.Mən belə hesab etmirəm.Ola bilsin ki,buna səbəb Azərbaycanda əhalinin daha cox Rusiya Federasiyası KIV-lərindən məlumat almaqlarındadır.Hec sözsüz ki,problemlər var və bu problemler cəmiyyətin inkişaf dinamikasina mənfi təsir göstərir. Əsas problemsə hakimiyyət bölgüsünün ölkənin əsas Qanununda öz əksini tapmamasındadır.Yadınızdadırsa 2004-cu ilin prezident seçkilərində cəmiyyətdə ola biləcək qarşudurmanı və “3-cu tur” prezident seçkilərini keçirilməsini təmin etmek üçün 4170/4180 saylı layihə ilə Konstitusiyaya düzəlişin qəbul edilməsidir.Razıyam ki, o vaxt bu düzəlişə ehtiyac vardı. Amma,mencə dərhal prezident seşkilərindən sonra o vaxtkı yüksək reytinqlə cənab prezident Yuşsenko parlamenti buraxmalı,yeni seçkilər keçirib bu konstitusiya reformasını axıra catdırmalı idi. Indi prezident olmaq istəyən Baş nazir xanım Timoşenko və onun parlamentdəki fraksiyası bu istəkdə deyillər. Amma belə bir məqam da var ki, Regionlar Partiyası ilə Yuliya Timoşenko bloku məsləhətləşməler aparırlar və ola bilsin ki, yaxın günlərdə yeni siyasi situasiya ilə taniş olacağıq.Hələ ki,Parlamentin işi iflic vəziyyətindədir və faktiki coxluq yoxdur. İki gün öncə keçirdiyi mətbuat konfransında cənab Yuşşenko bu məsələni xüsusi olaraq “qabartdı” və “faktiki parlament coxlugu yaxın zamanda olmazsa yeni seçkilər təyin etməkdən başqa çixiş yolu görmürəm”,-dedi.

Həmdə Ukrayna xalqı bu il keçiriləcək prezident seçkilərinə hazırlaşır və ölkənin içtimai- siyasi mühütində aktiv olan şəxs kimi neçə düşünürsünüz seçimlərdə hansı liderin qalib gəlmək şansı yüksəkdir?

Məncə cənab Yüşşenkonu hələ ki,”hesabdan silmək” yanlış olardı. Bu günə olan əsas seçki favoritları ayrı-ayrı rəy sorğularında Viktor Yanukovic(28-30%),Yuliya Timoşenko(15,5-17%) və parlamentin keçmiş spikeri Arseniy Yasenyukdur(14,2-15,5%).Yeri gelmişkən bütün rəy sorğularında Yasenyuk 2-ci tura keçərsə bütün rəqiblərini məğlub edəcəyi bildirilir. Amma təkrar edirem ki, cənab prezident Yuşşenko sözünü demək istəyindədir.İndilikdə Yuşşenko Konstitusiya məhkəməsinə müraciət edib,prezident seçkilərinin hansı tarixdə keçirilməli olduğunu aydınlaşdırmaq istəyir.Bildiyiniz kimi aprel ayının 1-də Regionlar Partiyası və Yuliya Timoşenko Blokunun üzvləri seçki gününü 25 oktyabr tarixinə təyin etdilər(səbəb hər iki siyasi qüvvənin azalmaqda olan reytinqir! ). Amma nəzərə alsaq ki, 2004-ci il prezident seçkilərinin neticələri Ali Məhkəmə tərəfindən ləğv edilmişdi və necə deyərlər 3-cü tur prezident seçkiləri keçirilmişdi,onda seçkilərin yanvar ayında keçirilməsi haqda Konstitusiya Məhkəmesi qərar verə bilər.İstənilən halda, 2005-2009-cü illər tarixdə məncə qizil xəttlə keçəcək.Yuşşenko qərb yönümlü əsil liberal-demokrat olduğunu davam etdirməkdədi və azad bir cəmiyyətin başlanğıcını qoyan ilk milli prezidentdir.Baş verənlər demokratıyanın “qiymətidir.”,bu yoldan dönməməyin itgisidir.

Son illər Rusiya-Ukrayna arasında münasibətlər öz gərginliyə seçilir və rəsmi moskva ukrayna vasitəsi ilə avropaya satdığı qaz kəsərək bir neçə avropa ölkəsini qazsız qoydu. Rusiya bu amildən istifadə edib qərbmeyli Yuşşenko hakimiyyətinə və onun yürütdüyü xarici siyasətinə təsir etmək istəyir. Hal hazırda 46 milyonluq bir dövlətin NATO inteqrasiya eləməsi Rusiyanın maraqlarına cavab vermir. Ukrayna bu təzyiqlərin qarşısında davam gətirə biləcəkmi?

Mən deməzdim ki,bu məsələlər son illər gərginləşib-əslində bu həmişə belə olub,sadəcə indi pik nöqtəsinə çatıb və birbaşa başqa dövlətlərin maraqlarına toxunduğundan aktuallaşıb. Bu həm də onunla əlaqədardır ki,Ukrayna Avropa Birliyi və NATO üzvü olmaqla bağlı secimini edib,bu ise artıq bu dövlətin Rusiyanın “təsir dairəsində” olmayacagına əsas verir.91-ci ildən Ukrayna müstəqil dövlətdir və cox əfsuslar olsun ki,Kreml bu iri avropa dövlətinin inkişafına hər vasitə ilə manecəlik törətmək istəyindən əl çəkmək istəmir və iki dövlət arasında horizontal münasibətlər qurmaqda maraqlı görsənmir. Bunun cox səbəbləri var və bu cox böyük bir müsahibənin mövzüs ola bilər. Təbii ki,mahiyyətcə imperiya olan Rusiya Federasiyası yaxın qonşuluğunda avropa ailəsinin üzvü olan və liberal cəmiyyət quran Ukrayna Respublikasına təzyiqlərini davam etdirməyə davam edəcək, hər halda səy göstərəcək.Bu haradasa mənə İran-Azərbaycan münasibətlərini xatırladır-yeni əhalisinin böyük əksəriyyəti azərbaycanlılar olan və özünü İslam dininin az qala bir nömrəli qoruyucusu sayan İslam Respublikası bir milyon müsəlman qacqının taleyinə yanmaqdansa,işğalcı ermənilərlə sıx əlaqələr qurur ve s.Rusiya KİV-ləri Ukraynaya qarşi qərəzli movqedədir və bunu hec gizlətmək fikrində də deyillər(nədənsə bu mənə Ahmədinejadla Sarqsyanın demonstrativ öpüsməsini xatırladır mənə...).Məqsəd dünya ictimaiyyətinə ukraynalıların “fərsiz və salo yeyən”, hec nə bacarmayan,avropalılar ücün vacib olan təhlükəsizlik məsələlərində “tehlükəli və proqnozlaşdırılmayan dövlət”imici qazandırmaq,bütövlükdə dövləti idarə etmək əzmində olmadıqlarını göstərməkdir.Yəni guya ki,bu millət avropalılara hec nə verə bilməz problemlərdən başqa.Təbii ki,Kremlin Ukraynada müəyyən təsir rıcaqları var. Ancaq bu siyası qüvvələr marginaldırlar cəmiyyətdə əsas fikir daşıyıcıları deyillər və getdikcə zəifləyirlər.İki sevindirici sosiologiya var mənim ücün : 1)Rusiya-Gürcüstan müharibəsindən sonra NATO tərəfdarlarının sayı az da olsa cəmiyyətdə coxalıb; 2)83% ukraynalı gənclər istənilən halda Ukrayna vetendaşlığından imtina etmək istəməzdilər və bunu etməyəcəklərini bildirirlər. Məncə bu sorğular cox şeydən xəbər verir.

Ukraynada yaşayan soydaşlarımızla bağlı sual vermək istərdim. Ukraynada hazırda nə qədər soydaşımız yaşayır və onların təşkilatlanmaları hiss olunurmu?

Duzu mən sayla bağlı konkret rəqəm deyə bilmərəm.Çünki bir necə fərqli rəqəm var-bir necə yüz min olmagımız şərtsizdir.Sadəcə onu deyərdim ki,son illər vətəndaşlıq məsələləri müəyyən mənada liberallaşib.Təşkilatlar coxdur.Elə şəhərlər var ki, 6 teskilat var.Amma bizim millətimizə xas olan sistemsiz yanaşma var təşkilatlanmaya. Tutaq ki,Ukraynada ən iri siyası partiyalardan birinin 30 min üzvü var və həmin partiya parlamentdə coxlu mandatla təmsil olunur,amma 300-400 min azərbaycanlı cəmiyyətin idarəetmə və ictimai-siyasi strukturlarında layiq olduğu qədər təmsil olunmayıb hələ ki.... Bu sahədə işlər davam edir və mən böyük inamla baxıram buna. Burada lazımı qədər savadlı, potensialı yüksək və aktiv soydaşlarımız var, cəmiyyətdə hörmət sahibidirlər və elə bilirəm ki,bu məsələ yaxın zamanlarda öz həllini tapacaq.Dünyada Azərbaycandan başqa hər halda mənim tanıdığım daha iki ölkə var ki, azərbaycanlıların hərtərəfli inkişafı üçün münbit şərait var. Bunlar Türkiyə Cümhuriyyəti və Ukrayna Respublikasıdır.Bundan yararlanmamaq ağılsızlıq və fərsizlikdir,sadəcə.

Soydaşlarımız əsasən Ukraynanın hansı şəhərlərində təşkilatlanıblar və hansı diaspor qurumlarımız fəaliyyət gösərir?

Bunlar əsas etibarı ilə iri sənaye və vilayət mərkəzləridir. Dnepropetrovsk, Xarkov, Donetsk, Odessa, Kiyev və s.’”milyoncu” şəhərlərdə soydaşlarımız daha coxdur.Hər vilayətdə və şəhərdə təşkilatlar var. Onların bir coxu Ukrayna Azərbaycanlılar Konqresində birləşib.digər dostluq və mədəniyyət mərkəzləri müstəqil fəaliyyət göstərməkdədir.

Eşitdiyimizə görə siz yeganə qeyri-ukraynalisiniz ki,Ümumdünya Qolodomor Komitəsinin üzvüsünüz?Başqa sözlə Qolodomorun(“acliqdan olum”) Ukrayna xalqina qarsi genosid akti kimi tanidilmasinda yaxindan istirakcisiniz?

Bəli, bu belədir. Fəxr edirəm ki,dediyiniz Ümumdünya Komitəsinin idarə heyyətindəyəm,qədirbilən ukraynalılar məni bu quruma yekdilliklə seciblər. Beynəlxalq səviyyədə tarixi ədalətin bərpa olunmasında, Ukrayna xalqının böyük faciəsinin, 1932-33-ci illərdə 10 milyon dinc əhalinin ölümünə səbəb olmuş faciənin həqiqətlərini “Qolodomor-1932-33”Komitəsindəki işimizlə dünya ictimayyətinə çatdıra bilirik.Komitəmizin tərkibində 20-dən cox ölkədən öz dövlətlərindəki hökümətlərdə,ictimai qurumlarda məhkəmə sistemlərində və s. çalışan ukrayna əsilli içtimai və dövlət xadimləri, hüquqşünaslar,federal hakimlər və s.var.Bir cox dövlətlər artıq Qolodomoru Ukrayna xalqına qarşı genosid aktı kimi tanıyıblar. Bu nəticələrə görə ən cox işi cənab Yuşşenko və bizim Komitəmiz görüb.Ümudvaram ki,Azərbaycan Respublikasının Milli Məclisi də bunu nə vaxtsa edəcək. Bildiyimə görə Milli Məclisin iclaslarının birində millət vəkili Qüdrət Həsənquliyevin bu barədə təşəbbusu olub və bu mənim ukraynalı dostlarimin nəzərindən kənarda qalmayıb!-yeri gelmişkən saytınız vasitəsi ilə Qüdrət bəyə Komitəmizin minnətdarlığını çatdırmanızı rica edirəm.


Maraqlıdır, Xocalı soyqırımınn Ukrayna Ali Radasi-Parlamenti taniya bilərmi?

Bu məsələyə Ali Radada baxılması üçün Milli Məclis xüsusi prosedurlar keçirməlidir və yeni ən vacibi dünya parlamentlərinə XİN-lə birgə təkidlə müraciətlər etməlidir. Bu halda pozitiv nəticədən danişmaq olar. Təvazakörluqdan uzaq olsa da dəyim ki,mənim də birbaşa iştirakımla hazırlanmış Qolodomor Komitəsinin metodologiyası bu dəhşətli faciənin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz təcrübə kimi istifadə oluna bilə r.Bunu edə bilsəm özümü xoşbəxt sayardim.

Söhbətləşdi: Elnur Eltürk

Keine Kommentare:

Kommentar veröffentlichen