Donnerstag, 30. Juli 2009

ƏGƏR OĞLUN NARKOMANDIRSA...

30.07.2009 [07:53]

http://www.musavat.com/site/?name=yazar&news_id=57334&yid=57

Məktub göndər

Şahvələd ÇOBANOĞLU
Görün oğru məmurlar bir-birini nə ilə hədələyir? Övladlarının narkoman olmasını açıqlamaqla! Bu oğru dəstəsi başa düşmür ki, öz övladları da özlərinin qulluq etdiyi, yürütdüyü siyasətin qurbanı olur. Yaxud indiyəcən olmayıblarsa da gec-tez qurbana çevriləcəklər. Dəyənəyin həmişə iki başı var: biri bizim və bizim övladların başına dəyirsə, o biri öz başlarında çatlayır.

Baş nazirin müavini Əli Həsənovun yüksək vəzifəli məmurları övladlarının narkoman olduğunu açıqlayacağı ilə hədələməsi xəbəri günümüzün adi reallığından başqa bir şey deyil. Buyurun, bu da bizim taleyimiz - başını itirmiş toplum, onun oğru hökuməti, qanunsuz əməllər, insafsız sözlər və xalqın başına gündə bir corab hörmək...
Tutaq ki, açıqladınız. Nə dəyişəcək? Xalq arasında nüfuzdan düşən bu adamları vəzifədən atacaqlarmı? Xalqın rəyi nəyisə həll edirmi? Guya o vəzifə sahiblərinin xalq arasında düşəcək bir nüfuzumu var? Bəlkə xalq bilmir ki, bunlar kimdir və bunlardan olanlar kim ola bilərlər? Əgər xalq malını talayan bir məmurun oğlu narkoman deyilsə, o, digərindən nə ilə üstün ola bilər?
Ən dəhşətlisi odur ki, bu qədər çirkabın, ədalətsizliyin içində olan adamlar narkomanlıq damğasından qorxur. Bir narkoman öz cəmiyyəti üçün təhlükəli sayıla bilər, amma hər şeydən öncə, o, bir qurbandır. Bəli, bu adamlarda adi humanizm də çatışmır. Çünki adi faşizmin içinə yuvarlandıqlarını hiss etmirlər.
Mirzə Sakiti də məhz bu cür düşüncə ilə cibinə narkotik atıb şərləmişdilər ki, özlərini ağa çıxarsınlar, onları tənqid edənləri gözdən salsınlar. Soruşmaq ayıb olmasın: cənablar, siz nə ilə bir narkomandan yaxşısınız? Narkomaniyanın yayılmasını artıran başlıca səbəb məhz təmsil etdiyiniz, qulluq etdiyiniz hakimiyyətin ziyanlı siyasəti, ölkədəki qanunsuzluqlar, rüşvətxorluq deyilmi?!
Bütün bunları ona görə demirəm ki, narkomanlar, narkomanlıq açıqlanmamalıdır. Yox, əksinə, cəmiyyətdə hər kəs bilməlidir ki, bir narkomanı heç vaxt gizlətməzlər. Amma bunu onun özünü və ya ailəsini şantaj etmək, aşağılamaq, polisə verib tutdurmaq, varını-yoxunu soydurmaq üçün etməzlər. Onu bu bəladan qurtarmaq üçün açıqlayarlar. Yaxınlarına, həkimlərə. Hər kəs bilməlidir ki, əgər sənin və ya başqa birisinin oğlu narkomandırsa, ilk vəzifə onu bu yoldan qurtarmaq cəhdidir. Onu gizlətmək isə özü də daxil olmaqla heç kimə xeyir verməz. Vəzifə sahiblərinin isə gizli heç nəyi olmamalıdır.
Maraqlıdır ki, sadə, namuslu adamlar arasında narkomaniya ilə bağlı ziyanlı bir mentalitet var. Yaxınlarının narkotik istifadəçisi olmasını gizlətməyi hər şeydən üstün tuturlar. Amma bu, bir xəstəlikdir, yoluxmusansa, ondan qurtulmağın yolunu tapmalısan. Göz bəbəyi kimi sevdiyin insan da buna yoluxa bilər. Ya zəlzələdən, ya vəlvələdən. Normal cəmiyyət bunu isterika və komplekslərlə qəbul etməli deyil. Normal insan buna ağıllı reaksiya verməlidir. Onu gizlətmək vəzifə deyil, məqsəd ondan qurtulmaqdır. Boş yerdən yalançı və ziyanlı mentalitet düzəltmək lazım deyil.
Dövlətin vəzifəsi isə narkomaniyanı gəlir mənbəyinə çevirmək deyil. Narkoman adı gələndə hüquq-mühafizə orqanlarının ağzı sulanır. Axı yaxınları evlərini də olsa satıb gətirəcəklər ki, onun adını ağa çıxarsınlar, həbsdən qurtarsınlar.

***

Baş nazirin müavini Əli Həsənov bildirib ki, əfqan narkotiki Avropa ölkələrinə 113 lokal marşrutla ixrac olunur. Bunun 37-si isə Azərbaycandan keçir. Bəs görəsən, bir illik qanunsuz dövriyyəsi 320 milyard olan narkotik tranzitindən bizim gözünü pul tutmuş məmurlar nə qədər qazanır? Yəqin ki, ildə ən azı 1 milyard. Bunlara Əfqanıstandan da pul gəlir.

93 dəfə baxılıb

Mektub gönder Şahveled ÇOBANOĞLU Görün oğru memurlar bir-birini ne ile hedeleyir? Övladlarının narkoman olmasını açıqlamaqla! Bu oğru destesi başa düşmür ki, öz övladları da özlerinin qulluq etdiyi, yürütdüyü siyasetin qurbanı olur. Yaxud indiyecen olmayıblarsa da gec-tez qurbana çevrilecekler. Deyeneyin hemişe iki başı var: biri bizim ve bizim övladların başına deyirse, o biri öz başlarında çatlayır. Baş nazirin müavini Eli Hesenovun yüksek vezifeli memurları övladlarının narkoman olduğunu açıqlayacağı ile hedelemesi xeberi günümüzün adi reallığından başqa bir şey deyil. Buyurun, bu da bizim taleyimiz - başını itirmiş toplum, onun oğru hökumeti, qanunsuz emeller, insafsız sözler ve xalqın başına günde bir corab hörmek... Tutaq ki, açıqladınız. Ne deyişecek? Xalq arasında nüfuzdan düşen bu adamları vezifeden atacaqlarmı? Xalqın reyi neyise hell edirmi? Guya o vezife sahiblerinin xalq arasında düşecek bir nüfuzumu var? Belke xalq bilmir ki, bunlar kimdir ve bunlardan olanlar kim ola bilerler? Eger xalq malını talayan bir memurun oğlu narkoman deyilse, o, digerinden ne ile üstün ola biler? En dehşetlisi odur ki, bu qeder çirkabın, edaletsizliyin içinde olan adamlar narkomanlıq damğasından qorxur. Bir narkoman öz cemiyyeti üçün tehlükeli sayıla biler, amma her şeyden önce, o, bir qurbandır. Beli, bu adamlarda adi humanizm de çatışmır. Çünki adi faşizmin içine yuvarlandıqlarını hiss etmirler. Mirze Sakiti de mehz bu cür düşünce ile cibine narkotik atıb şerlemişdiler ki, özlerini ağa çıxarsınlar, onları tenqid edenleri gözden salsınlar. Soruşmaq ayıb olmasın: cenablar, siz ne ile bir narkomandan yaxşısınız? Narkomaniyanın yayılmasını artıran başlıca sebeb mehz temsil etdiyiniz, qulluq etdiyiniz hakimiyyetin ziyanlı siyaseti, ölkedeki qanunsuzluqlar, rüşvetxorluq deyilmi?! Bütün bunları ona göre demirem ki, narkomanlar, narkomanlıq açıqlanmamalıdır. Yox, eksine, cemiyyetde her kes bilmelidir ki, bir narkomanı heç vaxt gizletmezler. Amma bunu onun özünü ve ya ailesini şantaj etmek, aşağılamaq, polise verib tutdurmaq, varını-yoxunu soydurmaq üçün etmezler. Onu bu beladan qurtarmaq üçün açıqlayarlar. Yaxınlarına, hekimlere. Her kes bilmelidir ki, eger senin ve ya başqa birisinin oğlu narkomandırsa, ilk vezife onu bu yoldan qurtarmaq cehdidir. Onu gizletmek ise özü de daxil olmaqla heç kime xeyir vermez. Vezife sahiblerinin ise gizli heç neyi olmamalıdır. Maraqlıdır ki, sade, namuslu adamlar arasında narkomaniya ile bağlı ziyanlı bir mentalitet var. Yaxınlarının narkotik istifadeçisi olmasını gizletmeyi her şeyden üstün tuturlar. Amma bu, bir xestelikdir, yoluxmusansa, ondan qurtulmağın yolunu tapmalısan. Göz bebeyi kimi sevdiyin insan da buna yoluxa biler. Ya zelzeleden, ya velveleden. Normal cemiyyet bunu isterika ve komplekslerle qebul etmeli deyil. Normal insan buna ağıllı reaksiya vermelidir. Onu gizletmek vezife deyil, meqsed ondan qurtulmaqdır. Boş yerden yalançı ve ziyanlı mentalitet düzeltmek lazım deyil. Dövletin vezifesi ise narkomaniyanı gelir menbeyine çevirmek deyil. Narkoman adı gelende hüquq-mühafize orqanlarının ağzı sulanır. Axı yaxınları evlerini de olsa satıb getirecekler ki, onun adını ağa çıxarsınlar, hebsden qurtarsınlar. *** Baş nazirin müavini Eli Hesenov bildirib ki, efqan narkotiki Avropa ölkelerine 113 lokal marşrutla ixrac olunur. Bunun 37-si ise Azerbaycandan keçir. Bes göresen, bir illik qanunsuz dövriyyesi 320 milyard olan narkotik tranzitinden bizim gözünü pul tutmuş memurlar ne qeder qazanır? Yeqin ki, ilde en azı 1 milyard. Bunlara Efqanıstandan da pul gelir. 93 defe baxılıb

Keine Kommentare:

Kommentar veröffentlichen