Freitag, 14. August 2009

MƏLEYKƏ ABBASZADƏ NARAZILARA ÜNVAN GÖSTƏRDİ

Onlayn ictimai-siyasi qəzet
14.08.2009 [16:56]

“Məhkəməyə müraciət edə bilərlər”

“Azərbaycanda imtahanlar ədalətli keçirilir və narazı olan şəxslər məhkəməyə müraciət edə bilər”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. TQDK sədri deyib ki, Azərbaycanda cari tədris ilində ali və orta ixtisas məktələrinə qəbul imtahanlarında doldurulmuş cavablar vərəqsi ilə əyani tanış olmaq üçün komissiyaya 295 abituriyent rəsmən müraciət edib. Onun sözlərinə görə, müraciət edənlər imtahanların cavablarında şübhələnib. Nəticədə 295 nəfər müraciət edənin 95-i ümumiyyətlə, komissiyaya gəlməyib, digərləri TQDK ilə razılaşıb, 12 nəfər isə qaralama vərəqlərini göstərərək orada düzgün, əsas imtahan vərəqələrində isə cavabların səhv olduğunu bildirib: «Bir çox abituriyentlərin valideyinləri də öz narazılıqlarını bildirib. Belə ki, valideyinlər abituriyentin sınaq imtahanlarında yüksək bal toplaması, əsas imtahanda isə uğursuz iştirakından narazıdır. Bir çox hallarda uşaqlar öz valideynlərini sınaq imtahanlarının nəticələri ilə bağlı aldadırlar”.

260 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Keine Kommentare:

Kommentar veröffentlichen