Sonntag, 23. August 2009

OBAMA MÜSƏLMANLARA MÜRACİƏT ETDİ

23.08.2009 [08:01]

ABŞ prezidenti Ramazan ayının başlanması münasibətilə İslam aləminə təbrik ünvanladı

ABŞ prezidenti Barak Obama amerikalılar və ölkədə yaşayan bütün müsəlmanlar adından dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edib. Ağ Evin sahibi müsəlman dünyasına aid vacib məsələlər, həmçinin Yaxın Şərq münaqişəsi, İraq müharibəsi kimi mövzulara toxunub (APA).Obama qeyd edib ki, “biz dünyanın daha təhlükəsiz olması üçün öz səylərimizin məsuliyyətini tam anlayırıq. Buna görə də biz ciddi olaraq yəhudilərlə fələstinlilərin sülh və təhlükəsizlik şəraitində yaşaması üçün ”İki dövlət həlli"ni dəstəkləyirik. Buna görə də Amerika universal insan haqlarını dəstəkləməkdə davam edəcək".
Prezident Obama müsəlman dünyası ilə yeni başlanğıc siyasətinə sadiq qaldığını, əks tərəfin mövqeyini dinləməyə hazır olduğunu bəyan edib.
Xəbər xidməti

390 dəfə baxılıb

Keine Kommentare:

Kommentar veröffentlichen