Sonntag, 2. August 2009

Vəfa Quluzadə: «Azərbaycan mövqeyini dəyişməlidir»

02.08.2009 [09:12]
«DANIŞIQLARLA SÜLH ƏLDƏ EDİLMƏYƏCƏK»

http://www.musavat.com/site/#

«Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Müxtəlif təkliflər səslənsə də, qərar yalnız və yalnız Azərbaycanın milli maraqlarına uyğun qəbul olunacaq. Yalnız qərarın qəbulundan sonra son nəticə açıqlanacaq». XİN-in mətbuat katibi Elxan Poluxov yuxarıdakı fikirləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın son açıqlamalarını şərh edərkən bildirdi. Qeyd edək ki, Brayza açıqlanan Madrid prinsiplərində ermənilərin iradəsini ifadə etməsi anlayışının əksini tapmasının səbəbini açıqlayarkən bunun əslində elə referendum mənası verdiyini etiraf edib. Diplomat bildirib ki, referendum ifadəsi Azərbaycan cəmiyyətində qıcıq doğurduğu üçün, onu başqa ifadə ilə əvəzləyib prinsiplərin əsas müddəası kimi təqdim ediblər.
Bununla amerikalı həmsədr etiraf edib ki, onun ölkəsi də daxil, vasitəçilərin məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpası yox, Dağlıq Qarabağı ermənilərə hədiyyə etməkdir. Ona görə ki, elə bu günlərdə Qarabağ erməniləri arasında keçirilən sorğu zamanı məlum oldu ki, separatçıların yalnız 1,5 faizi Azərbaycanla birgə yaşamağın tərəfdarıdır. Bu mənada ermənilərin öz iradəsini təyin etməsindən başqa nəticəni gözləməyin sadəlövhlük olduğunu elə Brayza da bilməmiş deyil.
Rəsmi Bakı isə bu kimi açıqlamaları hələ ki sakitliklə qarşılayır. E.Poluxov Madrid prinsiplərinin yenilənməsi barədə həmsədrlərin açıqlamasına da şərh vermədi: «Təkliflər təqdim olunandan sonra onların nədən ibarət olduğu bilinəcək».
Politoloq Vəfa Quluzadə isə məsələyə sərt reaksiya verdi: «Amerikanlar elə düşünür ki, Azərbaycan hakimiyyəti patriotik propaqanda aparıb xalqı Qarabağ məsələsində güzəştə getməyə qoymur. Onlar elə düşünür ki, hakimiyyət Azərbaycan xalqını Dağlıq Qarabağı Ermənistan verməyə hazırlamalıdır. Brayza bu səbəbdən deyir ki, referendum ifadəsi ictimaiyyəti qıcıqlandırırsa, onu başqa ifadə ilə əvəzləyirik. Yəni siz torpağı referendumla vermək istəmirsinizsə, onu başqa ifadə ilə dəyişirik. Belə bir mövqe tamamilə cəfəngiyatdır. Mən Minsk Qrupunun üzvlərinə bir insan kimi hörmət etsəm də, onların fəaliyyətinə hörmət etmirəm. Çünki onlar boş işlə məşğuldurlar. Erməni təcavüzünü hər görüşdə səsləndirmək əvəzinə, çalışırlar ki, hansısa üsulla Azərbaycan rəhbərliyini öz xalqını aldatmaq yolu ilə erməniyə torpaq verməyə vadar etsinlər. Azərbaycan rəhbərliyi guya xalqı aldadıb torpağını düşmənə verməyin nə demək olduğunu bilmir. Əslində Azərbaycan rəsmiləri Rusiya kimi nəhənglə əlaqələri korlamamaq üçün bu oyunda iştirak etməyə məcburdur».
V.Quluzadə Dağlıq Qarabağ ermənilərinə ən yüksək statusun vəd olunmasına qəti etiraz edərək bildirdi ki, Azərbaycan mövqeyini dəyişməlidir: «Erməniyə muxtariyyət düşmür. Çünki onlar azərbaycanlıları həm Ermənistandakı dədə-baba yurdlarından, həm də Azərbaycan ərazisindən didərgin salıblar. Əgər Ermənistanda da azərbaycanlılar üçün həmin səviyyədə muxtariyyət yaradılsa, o zaman ermənilərə muxtariyyət vermək olar. Ermənilər və onların havadarları Dağlıq Qarabağın müstəqilliyini istəyirlərsə, onda Zəngəzur və Göycə mahalının tarixi sakinlərinə də müstəqillik versinlər. Onsuz da danışıqlarla heç bir sülh əldə etməyəcəyik. Bu səbəbdən təbliğat qılıncının ucunu itiləməli və Ermənistan qarşısında öz şərtlərimizlə çıxış etməliyik».<%-3>
Belə hesab olunur ki, Azərbaycan təzyiqlərə məruz qalaraq hansısa təslimçi sazişə imza ata bilər. Bu mənada 1999-cu ildə, məhz razılaşma əsasında verilən istefa qərarları xatırlanır. Bəs, hazırda kimlərsə antimilli qərara cavab kimi istefaya gedə bilərmi? Sabiq müşavir dedi ki, 1999-cu ildə İstanbul sammiti ərəfəsində Azərbaycana təzyiq yox idi: «Onda ortada razılaşma üçün xoş məram var idi. Bu isə düzgün hesablamalara əsaslanmamışdı. Nəzərə alınmırdı ki, Ermənistan yoxdur, əslində ermənilərin ruslar tərəfindən hazırlanmış kabusu var və onunla sülhə gəlmək olmaz. Əgər biz 1999-da hansısa sülhə nail olsaydıq, Ermənistan regionun normal dövləti olacaqdı. Mən sülhün əleyhinə deyildim. Sadəcə, əmin idim ki, arxada Rusiya olduğu üçün Ermənistanla heç bir anlaşma mümkün deyil. On gün sonra mənim proqnozum özünü doğrultdu, Ermənistan parlamenti güllələndi. Amma çox qəribədir ki, heç kim bu hadisəni xatırlamaq istəmir».<%-4>
V.Quluzadə kiminsə istefaya getməsinə ehtiyac duymur: «İndiki prezidentin durumu elədir ki, ərazi bütövlüyü kənarında heç bir saziş imzalana bilməz. Onun xalqına xəyanət etməsi, indiki şəraitdə Azərbaycanı təslimçi sülhə sürükləməsi istisnadır. Həmsədrlər bunu qanmalıdır və gəlib ədalətli sülh formulunu ortaya qoymalıdırlar». Politoloq bir xəbərdarlığını da etdi: «Azərbaycanın NATO-ya can atdığı dövrdə Rusiya bizə hər an erməninin əli ilə zərbə endirə bilər».
E.PAŞASOY

1176 dəfə baxılıb

Рейтинг@Mail.ru

Keine Kommentare:

Kommentar veröffentlichen