Samstag, 29. August 2009

Insan leyaqeti toxunulmazdir. Bütün Dünyada insanlarin leyaqetinin qorunmasina chalisaq!! Zabit və gizirin qətlində vəhhabi izinin olduğu iddia olunur

Onlayn ictimai-siyasi qəzet
29.08.2009 [08:41]
MİLLİ ORDU İLƏ BAĞLI ŞOK MƏLUMAT


Bir neçə gün əvvəl Milli Orduda baş verən hadisə ilə bağlı dünən heyrətamiz təfərrütlar yayılıb. Pia.az saytında yer alan xəbərdə bildirilir ki, baş verən dəhşətli olaya 40 gün öncə Füzuli rayonu ərazisində baş verib.Məlumatda bildirilir ki, 8 ildir müxtəlif hərbi hissələrində gizir olan Ramal Əmrahov bu il Füzuli bölgəsindəki «N» saylı hərbi hissədə xidmətini davam etdirib: «Düşdüyü hərbi hissədə anormal vəziyyətlə barışmayan Ramal Əmrahov bununla bağlı leytenantla söhbət edir və bir qrup əsgərin özbaşınalığına son qoymağı tələb edir. Qarşılığında isə leytenant bildirir ki, həmin qrupun arxasında kimsə dayanıb və onlarla bağlı heç bir ölçü götürmək mümkün deyil. Dəfələrlə buna cəhd edilib. Amma kimlərinsə zəng vurmasından sonra hər şey köhnə qaydada davam edib».
Xəbərdə daha sonar deyilir: «Vəhabi olduqlarını bildirən 12 nəfərlik qrup digər əsgər yoldaşlarını təhqir etməklə, döyməklə günlərini keçirirmişlər. Buna görə də gizir Ramal Əmrahov raport yazmaq qərarını leytenanta bildirir və dediyini edir. Amma raport hazırladığı zaman qrup üzvü olan vəhhabi əsgərlərdən biri avtomat silahı ilə giziri hədələməyə başlayır və atəş açır. 5 güllə yarası alan Ramal Əmrahov yerindəcə keçinir. Səsə içəri daxil olan leytenant (adını dəqiqləşdirə bilmədik-red.) hadisənin baş verdiyini görüb bayıra çıxmaq istəyərkən əsgər onun arxası ilə atəş açır və aldığı çoxsaylı güllə yaralarından 3 gün sonra ölür.
Hazırda istintaq işinin getdiyi bildirilir. Amma nəticə ilə bağlı dövrü mətbuata heç bir açıqlama verilmir. Atəş açanın və digər qrup üzvlərinin hazırkı durumları ilə də bağlı heç bir məlumat verilmir".
Qeyd edək ki, bir müddət öncə mətbuatda iyulun 13-də Füzuli briqadasının əsgəri Emin Rəhimovun briqadanın zabiti və gizirini güllələməsi barədə xəbərlər dərc olunmuşdu. Məlumatda bildirilirdi ki, mayor rütbəli zabit və gizirə 20-dən artıq güllə vuran əsgərlər qaçmaq istərkən saxlanılıb. Məlumatda bildirilirdi ki, baş vermiş hadisə ilə əlaqədar müdafiə naziri Səfər Əbiyev Beyləqan korpus komandanının şəxsi heyətlə tərbiyəvi işlər üzrə müavini polkovnik Sərvər Cəbrayılovu vəzifəsindən kənarlaşdırıb.
Sonradan həlak olan zabitin əmisi oğlu redaksiyamıza zəng edərək hadisənin təfərrüatları barədə bəzi bilgilər vermişdi. Müdafiə Nazirliyi mətbuat xidməti isə yalnız bu günlərdə faktı təsdiqlədi. Adının çıkilməsini istəməyən mənbə pia.az-ın məlumatının məhz fevralın 13-də baş verən hadisəni əks etdirdiyini dedi.
Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev bildirdi ki, bu məsələ ilə bağlı ətraflı sabah (bu gün - E.) tam dəqiqliyi ilə açıqlama verə bilər: «Amma bir məsələ dəqiqdir ki, informasiya yalandır. Ümumiyyətlə Azərbaycan Ordusunda vəhhabi problemi yoxdur və belə hadisə baş verməyib».
ELŞAD

713 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Keine Kommentare:

Kommentar veröffentlichen