Donnerstag, 24. September 2009

AZƏRBAYCAN QURBAN VERİLİR | Yeni Musavat

AZƏRBAYCAN QURBAN VERİLİR | Yeni Musavat

Cənubi Qafqaza nəzarət uğrunda gedən geosiyasi savaş yeni və bir çoxları üçün gözlənilməz mərhələyə daxil olub. Regionda bir-birini üstələməyə çalışan iki dünya nəhəngi - ABŞ-la Rusiya öz aralarında anlaşıblar və bu anlaşma Cənubi Qafqazda hər iki superdövlətin nüfuz dairəsinin mövcudluğunu tanıyır. Lakin regionda indiyədək de-fakto formalaşan situasiyanı alt-üst etməklə. Türkiyə, Rusiya və ABŞ mənbələrinin son günlərdə yaydıqları məlumatların təhlili, nüfuzlu xarici analitiklərin şərhləri və ekspert rəyləri göstərir ki, böyük güclər Cənubi Qafqazın çəkişmə bölgəsindən qarşılıqlı anlaşma bölgəsinə çevrilməsində prinsipcə anlaşıblar.Ancaq bu anlaşma Azərbaycanın və onun maraqlarının qurban getməsi hesabına baş tutub. Anlaşmanın təxmini konturları belədir: ABŞ Ermənistanın Rusiyanın hərbi-siyasi nüfuz dairəsində qalmasını qəbul edir, ancaq Rusiya da Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasına yaşıl işıq yandırır. Yəni Rusiyanın nəzarəti altındakı Ermənistana ABŞ-ın NATO üzrə əsas müttəfiqlərindən Türkiyənin də çıxışı olur. Bunun əvəzində Rusiya Gürcüstanın qalan ərazilərini işğal etmək planlarından daşınır və bu ölkənin ABŞ-ın maraq zonasında qalması ilə razılaşır. Azərbaycan isə istər-istəməz regionda yaranmış yeni situasiyadan çıxış edərək Rusiyaya üz tutmaqdan başqa yol görmür.

Keine Kommentare:

Kommentar veröffentlichen