Donnerstag, 1. Oktober 2009

ABŞ VARLILARI 300 MLRD. DOLLAR KASIBLAYIB | Yeni Musavat

ABŞ VARLILARI 300 MLRD. DOLLAR KASIBLAYIB | Yeni Musavat



Onlayn ictimai-siyasi qəzet
01.10.2009 [22:21]
ABŞ VARLILARI 300 MLRD. DOLLAR KASIBLAYIB

“Forbes” jurnalı ən varlı 400 amerikalının illik reytinqini tərtib edib.
“APA-Economics”in xəbərinə görə, siyahıya yenə də “Microsoft” korporasiyasının prezidenti Bill Geyts başçılıq edir. Baxmayaraq ki, ötən bir ildə o, 7 milyard dollar itirib. Hazırda B.Geytsin sərvəti 50 milyard dollara çatır.
Reytinqin ikinci pilləsi də dəyişməz qalıb: investor Uorren Baffet – 40 mlrd. dollar. 2008-ci illə müqayisədə o, 10 mlrd. dollar itirib.
Siyahının digər məşhur iştirakçıları da itkilərdən yayına bilməyiblər. Nyu-York şəhərinin meri, “Bloomberg” şirkətinin banisi Maykl Blumberqin sərvəti ötən il 20 mlrd. dollara çatırdı. Hazırda bu rəqəm 17,5 mlrd. dollara enib. Amma o, yenə də 8-ci pillədə qərarlaşıb.
“News Corp.”un rəhbəri Rupert Merdokun sərvəti bir il ərzində 800 mln. dollar azalaraq 6 mlrd. dollara düşüb. Bununla belə, dünya şöhrətli mediamaqnat reytinqdə 47-ci pillədən 37-ci pilləyə qalxıb.
“Forbes”in hesablamalarına görə, ABŞ-ın 400 ən varlı sakini ötən bir ildə 300 mlrd. dollar itirib. Bunun 39,2 mlrd. dolları reytinqin ilk onluğunda yer alanların payına düşür.
Maraqlıdır ki, 400 nəfərin siyahısını tərtib etmək üçün minimal tələblər aşağı salınıb. Əgər ötən il bu siyahıya düşmək üçün 1,3 mlrd. dollar aktivlərə malik olmaq tələb olunurdusa, bu il sözügedən rəqəm 950 mln. dollar olub. “Forbes” buna səbəb kimi dünya fond bazarlarının durumunun pisləşməsini, daşınmaz əmlakın qiymətlərinin şşağı enməsini, həmçinin boşanmalar və fırıldaqlar nəticəsində külli miqdarda sərvətin əldən çıxmasını göstərir.
Amma qlobal böhran şəraitində göstəricilərini yaxşılaşdıran milyarderlər də var. Məsələn, ötən il reytinqdə 28-ci yeri tutan məşhur maliyyəçi Corc Soros ötən bir il ərzində aktivlərini 13 mlrd. dollardan 15 mlrd. dolara çatdırıb və bununla da 15-ci pilləyə yüksəlib.

59 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Keine Kommentare:

Kommentar veröffentlichen