Donnerstag, 1. Oktober 2009

TÜRKİYƏLİ DEPUTAT AŞ PA PREZİDENTLİYİNƏ NAMİZƏD OLDU | Yeni Musavat

TÜRKİYƏLİ DEPUTAT AŞ PA PREZİDENTLİYİNƏ NAMİZƏD OLDU | Yeni Musavat



Onlayn ictimai-siyasi qəzet
01.10.2009 [08:44]
TÜRKİYƏLİ DEPUTAT AŞ PA PREZİDENTLİYİNƏ NAMİZƏD OLDU

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyası çərçivəsində dünən qurumda təmsil olunan Avropa Demokrat Qrupunun (EDG) iclası keçirilib. İclasda Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu qrup adından assambleya prezidentliyinə rəsmən namizəd irəli sürülüb (APA).Qeyd edək ki, EDG-dən iki deputatın namizədliyi olub. M.Çavuşoğlu EDG-nin rəhbəri, ingilis Devid Vilşirdən daha çox səs yığaraq qrup adından rəsmi namizəd elan edilib. Xatırladaq ki, AŞ PA sədri postuna seçki iki ildən bir keçirilir. Hazırkı prezident Luiz Maria de Puç 2008-ci ilin qış sessiyasında bu posta seçilib. Növbəti seçki isə 2010-cu ilin yanvarında - AŞ PA-nın qış sessiyasında olacaq.
Bu gün Cenevrədə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya ilə İran arasında nüvə məsələsinə dair uzun müddətdir dondurulmuş danışıqlar yenidən başlayır. Bu danışıqlar İranın ikinci nüvə zavoduna malik olması haqda etirafının səbəb olduğu gərgin atmosferdə keçiriləcək. Xəbər verildiyi kimi, İran bu etirafın ardınca İsraili vura bilən raketlərin sınağını keçirib.
Gözlənilir ki, danışıqlarda ABŞ-ı dövlət katibinin müavini təmsil edəcək. Digər ölkələrdən də danışıqlara xarici işlər nazirlərinin müavinləri səviyyəsində nümayəndələr qatılacağı gözlənilir. Əvvəlcə Cenevrə danışıqlarına İranın nüvə fəaliyyətlərinə dair qarşıdurmanı diplomatik yolla aradan qaldırmaq üçün şans kimi baxılırdı. Lakin indi ekspertlər qeyd edirlər ki, İranın uzun müddətdir gizli nüvə obyekti inşa etdiyinin üzə çıxması Tehranın bu sahədəki fəaliyyətlərinə şübhələri qat-qat artırıb. Ona görə də İran danışıqlarda nüvə proqramının dinc xarakterli olduğuna inandıra bilməyəcək.
“International Crisis Group” təşkilatından İran proqramları direktoru Federika Telye “Le Temps” qəzetinə bildirib ki, narahatlığı ikinci nüvə zavodunun İranın İnqilab Keşikçiləri Korpusunun bazası yaxınlığında inşa edilməsi daha da artırır. Onun fikrincə, bu fakt göstərir ki, dinc xarakterli olduğu deyilən obyekt hərbçilərin nəzarəti altındadır. Eyni zamanda İran bu zavodun tikintisinə böyük vəsait xərcləyib və sərf edilən investisiyanın həcmi zavodun təkcə elektrik enerjisi əldə olunmaq üçün tikildiyinə şübhə yaradır. İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki təmsilçisi isə deyib ki, onlar obyektin hava hücumlarından etibarlı müdafiəsini təmin ediblər. Əli Əsgər Soltaniyyənin dediyinə görə, obyekt Tehrandan 100 kilometr məsafədə, dağların arasında tikilib və ətrafında etibarlı hava hücumundan müdafiə sistemləri yerləşdirilib. O, obyektin dinc xarakter daşıdığını və İranın ora BMT ekspertlərini buraxmağa hazır olduğunu təkrarlayıb. İran XİN isə deyib ki, zavodda aşağı faizli zənginləşdirilmiş uran əldə olunacaq, bu da nüvə başlığı üçün yetərli deyil.
Lakin Britaniya kəşfiyyatının hökumətə təqdim etdiyi son hesabata görə, İran nüvə başlığı əldə etməyin iki addımlığındadır. “Financial Times” qəzeti kəşfiyyat hesabatına istinadən yazıb ki, İranda hərbi xarakterli nüvə fəaliyyətləri 2004-cü ildən bərpa olunub. Bundan əvvəl Amerika kəşfiyyatı hərbi xarakterli nüvə fəaliyyətlərinin 2007-ci ildən dondurulduğu haqda prezidentə hesabat vermişdi. Britaniya kəşfiyyatına görə İran ən geci gələn il nüvə başlığı əldə edə bilər. İsrail kəşfiyyatı isə İranın bir neçə aya bu silaha malik ola biləcəyini təxmin edir. Göründüyü kimi, Qərb kəşfiyyatlarının İranın nüvə silahına dair proqnozları ziddiyyətlidir və bu cür ziddiyyətli proqnozlar kəşfiyyatların hökumətlərin siyasi sifarişlərinə uyğun hesabat hazırladıqlarını göstərə bilər.
İsrailin müdafiə naziri Ehud Barak isə deyib ki, İrana zərbə endirmək ehtimalı istisna edilmir. Onun sözlərinə görə, ABŞ-İran danışıqları nəticəsiz bitərsə, İsrail İrana müharibə elan edə bilər.
F.MƏMMƏDOV

562 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Keine Kommentare:

Kommentar veröffentlichen