Samstag, 31. Oktober 2009

ŞAHMATÇILARIMIZ AVROPA ÇEMPİONU OLDULAR | Yeni Musavat

ŞAHMATÇILARIMIZ AVROPA ÇEMPİONU OLDULAR | Yeni Musavat

31.10.2009 [13:53]
ŞAHMATÇILARIMIZ AVROPA ÇEMPİONU OLDULAR

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə komandalararası Avropa çempionatına bu gün yekun vurulub. Yarışın sonuncu turu Azərbaycanın kişilərdən ibarət yığması üçün çox önəmli olub.

Axırıncı turun nəticəsindən asılı olaraq, milli komandamız çempion, yaxud gümüş medalçı və ya bürünc mükafatçı olacaqdı. Hər halda, bu gün hollandlarla görüşdə qazanacağımız bir xal sayəsində ən azı gümüş medala sahib çıxacaqdıq. Lakin komandamız möhtəşəm uğura imza atıb. Son turda Rusiya gözlənilmədən İspaniya ilə heç-heçə oynayıb. Azərbaycan isə hollandları üstələməklə, tarixində ilk dəfə Avropa çempionu tituluna sahib çıxıb.

IX tur Kişilər

Hollandiya - Azərbaycan - 1,5:2,5
Yan Smits (2642) - Teymur Rəcəbov (2757) - 0,5:0,5
Daniel Stelvagen (2630) - Vüqar Həşimov (2740) - 0:1
Ervin Lami (2606) - Şəhriyar Məmmədyarov (2721) - 0,5:0,5
Saypk Ernst (2589) - Rauf Məmmədov (2626) - 0,5:0,5

Turnir cədvəli: Azərbaycan 15 xal, Rusiya 14, Ukrayna 13.

Xanımlarımız isə qitə çempionatını dördüncü yerdə başa vurub. Yığmamız Ukrayna ilə eyni miqdarda, yəni 12 xal toplasa da əlavə əmsallara görə, ukraynalılar üçüncü yeri tutub. Rusiya birinci, Gürcüstan isə ikinci olub.

Qadınlar

Sloveniya - Azərbaycan - 1,5:2,5
Anna Muziçuk (2533) - Zeynəb Məmmədyarova (2285) - 1:0
Yana Kriveç (2329) - Nərmin Kazımova (2228) - 0,5:0,5
Ana Srebrniç (2267) - Türkan Məmmədyarova (2233) - 0:1
Vesna Roziç (2240) - Xəyalə İsgəndərova (2212) - 0:1



anspress

150 dəfə baxılıb

Keine Kommentare:

Kommentar veröffentlichen