Mittwoch, 28. Oktober 2009

BİR DƏHŞƏTLİ STATİSTİKA | Yeni Musavat

BİR DƏHŞƏTLİ STATİSTİKA | Yeni Musavat

28.10.2009 [20:10]
BİR DƏHŞƏTLİ STATİSTİKA

Azərbaycanda 1007 yeniyetmə narkotik və psixotrop maddələrin istifadəçisi kimi qeydiyyatdadır

Azərbaycan Müəllimlər İnstitutunda “Uşaq ili” çərçivəsində “Narkomanlığın profilaktikası sahəsində təhsil müəssisələrinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, Təhsil Nazirliyi tərəfindən təşkil olunan konfransda dövlət qurumlarının nümayəndələri, ali və orta ixtisas məktəblərinin direktorları, orta məktəblərin təlim-tərbiyə üzrə direktor müavinləri iştirak edib.

Təhsil nazirinin müavini Elmar Qasımov narkomaniyanın yayılmasının artıq qlobal problemə çevrildiyini deyib. O bildirib ki, problemin əsas həll yollarından biri sağlam həyat tərzinin təbliğidir: “Xüsusən yeniyetmələrə çətin yaş dövrləri ilə əlaqədar daha artıq diqqət göstərmək lazımdır. Problemin qarşısını almaq üçün məktəblilərin asudə vaxtı daha səmərəli təşkil olunmalı, idman məktəblərində kütləvilik təmin edilməlidir”.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev isə hazırda Azərbaycanda 1007 yeniyetmənin narkotik və psixotrop maddələrin istifadəçisi kimi qeydiyyatda olduğunu açıqlayıb: “Əsas məsələlərdən biri yeniyetmə və gənclər arasında narkotiklərə qarşı təbliğatın fərdi qaydada və kütləvi tədbirlərlə genişləndirilməsidir. Nə edə bilərik ki, xəstəliyi yox, xəstəliyə aparan yolun qarşısını alaq? Bu istiqamətdə məktəblərdə hazırlıq işlərini genişləndirə bilərik. Buna görə də dövlət komissiyası ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə tədbirlər planı hazırlanıb. Tədbirlər planı çərçivəsində maarifləndirmə işlərinin gücləndirilməsi, bu prosesə mütəxəssislərin cəlb olunması nəzərdə tutulur”.

544 dəfə baxılıb

Keine Kommentare:

Kommentar veröffentlichen