Donnerstag, 1. Oktober 2009

Xalq artisti Flora Kərimova müəyyən fasilədən sonra yaradıcılığa qayıdır.

LENT.AZFlora Kərimova: “Bu, mənim üçün bismillahdır... “

17:53 17-09-2009



Xalq artisti oğlu və qızı ilə Hollandiyada görüşəcək

Xalq artisti Flora Kərimova müəyyən fasilədən sonra yaradıcılığa qayıdır. Bu barədə müğənni Lent.az-a açıqlamasında məlumat verib: “Bu, mənim üçün bismillahdır. Son vaxtlar özümü bir qədər yaradıcı işlərdən təcrid etmişdim, bu dəfə yəqin ki, davamlı olacaq”.

Müğənni bir qrup sənətçi ilə Hollandiyada konsert verəcək: “Təklifdən imtina etmədim, çünki mən orada həmvətənlərimlə görüşəcəm. Üstəlik, mənimlə bərabər ora yollanacaq sənətçiləri də bəyənirəm. Qızımdan ötrü darıxmışam, Hollandiyada qızım və oğlum ailəsi ilə birlikdə olacağıq. Düzdür, oğlum indi hazırda yanımdadır. Buna baxmayaraq, birlikdə olmağımız çox ürəkaçan olacaq”.

Xalq artisti konsert üçün təşkilatçıdan qonorar tələb etməyib: “Açığı, təşkilatçı mənə qonorar barəsində heç nə demədi, mən də tələb etmədim. Həyatım boyu belə tələblərdən utanmışam. Eybi yoxdur, nəticədə azərbaycanlılarımla görüşəcəm”.

Qeyd edək ki, bu Flora xanımın Hollandiyaya ilk səfəridir.

Lalə Yusifqızı

LENT.AZ

Xəbərin oxunma sayı: 1013

Keine Kommentare:

Kommentar veröffentlichen