Donnerstag, 15. Oktober 2009

YAXŞI Kİ, VARSINIZ, UŞAQLAR... | Yeni Musavat

YAXŞI Kİ, VARSINIZ, UŞAQLAR... | Yeni Musavat

Azərbaycan gəncliyi xüsusilə son illər sərt şəkildə tənqid edilirdi ki, qaynayıb-coşmalı olan gənclik ölkə problemlərinə biganədir, zamanın nəbzini tuta bilmir, özü üçün yaşayır, süstlükdən çıxa bilmir və s. nə v. a. Ancaq təkcə son bir həftə ərzində gənclərin bahalaşma əleyhinə iki etiraz aksiyası təşkil etməsi göstərdi ki, onlara ünvanlı tənqidlər insaflı deyil. Hər halda, kütləvi etiraz tədbirlərinə qadağa qoyulan bir ölkədə bilavasitə hakimiyyətin siyasətinin tənqidinə qarşı etiraz tədbirləri keçirmək balaca iş deyil. Bunu əlbəttə ki, qiymətləndirmək və nəzərə almaq lazımdır.Gənclərin aksiyaları əslində mürgü vuran müxalifətin də üzünü ağardan hadisə oldu. Narazı elektorata zəif də olsa öz tapdanan haqlarının bərpası uğrunda mübarizədə olduqca yerinə düşən bir stimul verdi. Ən əsası, Azərbaycan gəncliyinin heç də passiv olmadığını, yatmadığını sərgilədi. Deməli, köz hələ var. Deməli, sabah Qarabağ uğrunda müqavimət hərəkatı yaranacaqsa, öndə yenə gənclər olacaq.
Təşəkkürlər, uşaqlar. Nə yaxşı ki, varsınız!..
NURLAN

454 dəfə baxılıb

Keine Kommentare:

Kommentar veröffentlichen