Montag, 12. Oktober 2009

"AZƏRBAYCAN TÜRKİYƏ İLƏ BİRLİKDƏ HƏRƏKƏT ETMƏLİDİR" | Yeni Musavat

"AZƏRBAYCAN TÜRKİYƏ İLƏ BİRLİKDƏ HƏRƏKƏT ETMƏLİDİR" | Yeni Musavat

12.10.2009 [18:53]
"AZƏRBAYCAN TÜRKİYƏ İLƏ BİRLİKDƏ HƏRƏKƏT ETMƏLİDİR"

İsa Qəmbər hesab edir ki, Türkiyə ilə münasibətlər Azrbaycanın prioritetlərindəndir

Müsavat Partiyasının başqanı İsa Qəmbər Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair protokolların imzalanmasından sonrakı vəziyyəti dəyərləndirərkən “Media forum”a deyib ki, protokolları faciə kimi dəyərləndirməyə ehtiyac yoxdur: “Protokollar bu gün başlamayan və bu gün yekunlaşmayacaq mürəkkəb, uzun prosesin tərkib hissəsidir. Dərk eləmək lazımdır ki, bölgədəki uzunmüddətli durğunluqdan çıxmaq üçün Türkiyə tərəfindən bir addım atılıb”.

İsa Qəmbər bu addımın kifayət qədər riskli olduğunu deyib: “Bu protokollar onları imzalayan Türkiyə və Ermənistan üçün də, Azərbaycan üçün də ciddi risklər daşıyır, Cənubi Qafqazın digər ölkəsi Gürcüstan üçün də problematikdir. Eyni zamanda bölgədə marağı olan qonşu dövlətlər və böyük güclər üçün də müəyyən risklər var. Mürəkkəb bir mərhələ olacaq və biz hesab edirik ki, Azərbaycan bu mürəkkəb mərhələdə öz prioritetlərini unutmamalıdır. Təbii ki, Azərbaycan öz köklü maraqlarına əsaslanaraq mövqe tutmalıdır. Ancaq onu da unutmaq olmaz ki, bu maraqlar sırasında Azərbaycan-Türkiyə münasibətlərinin önəmi ilk prioritetlərdən biridir. Biz Müsavat Partiyası olaraq hesab edirik ki, Azərbaycan Türkiyə ilə birlikdə hərəkət etməlidir və bütün istiqamətlərdə məsləhətləşmələr aparılmalıdır”.

Müsavat başqanının fikrincə, Azərbaycanın protokollardan narahatlığını bildirməsində problem yoxdur: “Türkiyə tərəfi Ermənistan-Azərbaycan münasibətlərində ciddi, müsbət dəyişikliklər olmadan protokolların təsdiq olunmayacağını bildiribsə, bizim Türkiyə dövlət rəhbərlərinin bu açıqlamasına inanmağımız tamamilə məntiqlidir. Hesab edirəm ki, Türkiyə tərəfi də Azərbaycanın maraqlarını nəzərə alaraq və özlərinin bəyan etdiyi dəyərlərə uyğun şəkildə siyasətini davam etdirəcək”.

372 dəfə baxılıb

Keine Kommentare:

Kommentar veröffentlichen