Freitag, 30. Oktober 2009

“QARABAĞ HƏM DƏ TÜRKİYƏNİN TORPAĞIDIR” | Yeni Musavat

“QARABAĞ HƏM DƏ TÜRKİYƏNİN TORPAĞIDIR” | Yeni Musavat

31.10.2009 [01:02]
“QARABAĞ HƏM DƏ TÜRKİYƏNİN TORPAĞIDIR”

Müsavat başqanı "CNN-Türk"də çıxış etdi

Oktyabrın 29-dan Türkiyədə səfərdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər bir sıra ictimai-siyasi dairələrdə görüşlər keçirir, elektron KİV quruluşlarında çıxışlar edir, yazılı mətbuata müsahibələr verir.

Dünən axşam İsa bəylə əlaqə saxlayıb səfəri ilə bağlı son məlumatları almaq istədik. Başqanın cavabı qısa oldu: “Önəmli görüşlərimiz, müzakirələrimiz olur. Qayıdanda bu barədə ətraflı söhbət edərik”.
Dünən Bakı vaxtı ilə saat 23-də Müsavat başqanı Türkiyədə və regionda ən nüfuzlu və geniş auditoriyalı telekanalda- "CNN-Türk"də Taha Akyolun müəllifi olduğu “Əyrisi-doğrusu” proqramının qonağı olub.
İ.Qəmbər çıxışında Türkiyə Cümhuriyyətinin yaradılmasının ildönümü münasibəti ilə bütün türk dünyasını təbrik edib. Bursadakı oyuna Azərbaycan bayrağının buraxılmamasını yanlış hesab edən başqan, hakimiyyətin də Şəhidlər Xiyabanından Türkiyə bayraqlarını endirməsinin ciddi səhv olduğunu söyləyib. Tarixə ekskurs edən İ.Qəmbər 1918-ci ildə Şərqdə ilk türk cümhuriyyətinin yaranmasında Qafqaz İslam Ordusunun mühüm rolunun olduğunu deyib.
Azərbaycanda demokratiyanın vəziyyətindən danışan Müsavat başqanı ölkədə keçirilən bütün seçkilərin saxtalaşdırıldığını söyləyib. Türkiyə-Ermənistan protokollarına gəlincə, rəsmi Ankaranın bu məsələdə riskli siyasət apardığını və sərhədlərin açılmasının Qarabağ probleminin həllinə mənfi təsir edəcəyini bildirib. Başqan deyib ki, Qarabağ həm də Türkiyənin torpağıdır. İ.Qəmbər Türkiyə rəsmilərini Bakıda olarkən ölkə müxalifəti ilə görüşməyə çağırıb.

Etibar SEYİDAĞA

862 dəfə baxılıb

Keine Kommentare:

Kommentar veröffentlichen