Freitag, 2. Oktober 2009

İSA QƏMBƏR - ƏLİ KƏRİMLİ ANLAŞMASI VAR... | Yeni Musavat

İSA QƏMBƏR - ƏLİ KƏRİMLİ ANLAŞMASI VAR... | Yeni Musavat



Onlayn ictimai-siyasi qəzet
02.10.2009 [09:06]
İSA QƏMBƏR - ƏLİ KƏRİMLİ ANLAŞMASI VAR...

Bunu bilməmək qəbahət deyil, amma bilənləri şərləmək aşağı hərəkətdir
«Azadlıq» qəzeti isə birləşmək çağırışını da parçalamaq kimi qəbul edir

Müsavat Partiyası ilə AXCP-nin birləşməsi, yaxud blok yaratması haqda adıçəkilən qurumların birinci şəxslərinin danışıqlara başladığı haqda srağagünkü sayımızda məlumat vermişdik. Məlumatda deyilirdi ki, İsa Qəmbərlə Əli Kərimli arasında danışıqlar hələlik gizli gedir. Bütün nüanslarla bağlı razılaşmalar əldə olunduqdan sonra ictimaiyyətə açıqlamalar veriləcək.Maraqlıdır ki, «Azadlıq» qəzeti dünənki sayında adətinə xilaf çıxmayaraq «Yeni Müsavat»ı bu informasiyanı yaymağa görə tənqid edib. «Azadlıq» AXCP və Müsavat rəhbərliyinə daxil olan şəxslərin vasitəsilə «Yeni Müsavat»ın xəbərini yalana çıxarmağa çalışıb. Ən maraqlısı odur ki, AXCP-yə yaxın qəzet iki əsas müxalifət partiyasının birləşməsindən bəhs edən məlumatı «müxalifəti parçalamaq planı» kimi təqdim edib. Birlikdən söhbət gedən yazını dostlar deyəsən tərsinə başa düşüblər. Lakin onların nə yazmalarından asılı olmayaraq, «Yeni Müsavat» olaraq yaydığımız xəbərin üzərində qalırıq. Çünki Müsavat başqanı ilə AXCP sədri arasında danışıqlar getdiyi haqda yaydığımız informasiya dəqiqdir. Danışıqlar qeyd etdiyimiz kimi, gizli aparıldığından Müsavat və AXCP funksionerlərinin hələlik xəbərsiz olmaları da təbiidir.
Bizim məlumatımızın həqiqət olduğunu dünən pia.az saytı da təsdiqləyib. Sayt da yazır ki, İsa Qəmbərlə Əli Kərimli partiyalarının birləşməsi, ən pis halda blok yaradaraq parlament seçkisinə getməsi istiqamətində danışıqlar aparır: «İki partiyanın birləşməsindən sonra Müsavat başqanının vahid lider, AXCP sədrinin isə qurumun rəhbəri olacağı barədə məlumatlarımız artıq dövrü mətbuata da sızdırılmağa başlayıb. Bu barədə etibarlı mənbələrdən pia-ya daxil olan məlumatlarda bildirilirdi ki, bu gizli anlaşma bir müddət əvvəl İsa Qəmbərlə Əli Kərimli arasında bağlanılıb. Anlaşmanın olduqca maraqlı tərəfləri var. Belə ki, razılaşmaya əsasən parlament seçkisi ərəfəsində AXCP və Müsavat birləşməlidir. Bu birləşmə prosesinə kimi isə kimin vahid lider, kimin sədr, kimlərinsə müavin olacağı müəyyən olunmalıdır. Hələlik vahid lider və yeni partiyanın sədrinin kimliyi bəllidir. Mənbə bildirib ki, İsa Qəmbər yeni siyasi təşkilatın vahid lideri olacaq. Əli Kərimli isə bu qurumun sədri kimi çıxış edəcək. Müavinlər məsələsi isə ilin sonuna kimi müəyyənləşdiriləcək. Ən əsas məsələ isə bu iki partiya liderinin anlaşaraq, 2010-cu ildə keçiriləcək parlament seçkilərinə məhz bu şəkildə gedəcəkləridir».
Sayt daha sonra qeyd edir ki, hələlik bu plan üzərində işləyən İsa Qəmbər və Əli Kərimli birləşmək üçün tələsmirlər. Və onu da yaxşı bilirlər ki, bu birləşmə hakimiyyət üçün heç də uğurlu bir nəticə vəd etmir və bunun da qarşılığını görəcəklər: «Dünən isə etibarlı mənbədən aldığımız məlumata görə, İsa Qəmbər və Əli Kərimlinin gizli sazişindən xəbərdar olan hakimiyyət təşvişə düşüb. Hakimiyyətin ortada olan planı fiaskoya uğrayıb və tamam başqa istiqamətdən yeni planlar hazırlanır».
Qeyd edək ki, son zamanlar bu iki partiyanın da daxil olduğu Hərəkatda baş verən proseslər Əli Kərimli- İsa Qəmbər anlaşmasının nəticəsidir. Anlaşmaya görə, Hərəkat dağıdılacaq, daha sonra AXCP «Azadlıq» blokundan çıxacaq, Əli Kərimli isə son vaxtlar münasibətlərinin gərginləşdiyi Lalə Şövkətlə yollarını ayıracaq.
«Yeni Müsavat» bu məlumatları İsa Qəmbərə və Əli Kərimliyə yaxın olan şəxslərin dilindən, eləcə də «Azadlıq» blokundakı partiyaların birinin sədrlərindən alıb. Bizə hətta o da məlumdur ki, hörmətli Əli Kərimli müttəfiqi Lalə Şövkətlə də bu mövzuda söhbət edərək, onu Müsavatla qurulası birliyə çağırıb. Lalə xanımın reaksiyasından bircə cümləni olduğu kimi dərc edirik: «Mənə rus "şpionu" deyən adamla birləşmərəm..."
Sonda onu qeyd edək ki, qəzetimiz hələ bir il əvvəl AXCP sədri Fuad Mustafayevin təşkilatdan gedəcəyini yazanda da dostlarımız hərəsi əlində bir vedrə palçıqla üstümüzə cummuşdular...
Etibar SEYİDAĞA

1123 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Keine Kommentare:

Kommentar veröffentlichen