Samstag, 3. Oktober 2009

AZƏRBAYCANDA İNTİHAR FƏLAKƏTİ | Yeni Musavat

AZƏRBAYCANDA İNTİHAR FƏLAKƏTİ | Yeni Musavat



Onlayn ictimai-siyasi qəzet
03.10.2009 [08:33]
AZƏRBAYCANDA İNTİHAR FƏLAKƏTİ

9 ayda 235 nəfər özünə qəsd edib

Son vaxtlar Azərbaycanda intihar hadisələrinin sayı sürətlə artır. Demək olar ki, hər gün bir və ya bir neçə şəxsin özünə qəsd etdiyi haqda fakta əsaslanan xəbər yayılır. İntihar edənlərin sırasında orta məktəb şagirdlərindən tutmuş 80 yaşlı ahıla qədər hər yaşda adama rast gəlmək olar. Maraqlıdır ki, ölkəni cənginə almaqda olan bu sosial-psixoloji bəla - intiharlar haqda Dövlət Statistika Komitəsi statistika aparmır. Əgər aparırlarsa da mətbuata, cəmiyyətə açıqlamırlar. Səbəb isə bəllidir; İntiharların sayı ortaya çıxarılası deyil. Modern.az saytı 2009-cu ilin sentyabr ayı ərzində mətbuatın intihar edənlərlə bağlı məlumatları əsasında hesablama aparıb. Qeyd edək ki, bu intihar hadisələri hüquq-mühafizə orqanları tərəfindən də təsdiqlənib. Ortaya çıxan rəqəm doğrudan da dəhşətlidir.Monitorinq nəticəsində məlum olub ki, ötən bir ay ərzində ölkənin muxtəlif regionlarında 31 nəfər özunə qəsd edib. Bu hələ mətbuata məlum olanıdır. Özünə qəsd edənlərin 21-i kişi, 7-si qadın, 3-ü uşaqlardır. İntihar edən kişilərdən 3 nəfərinin yaşı 60-dan yuxarı olub. Sentyabrda intihar edənlər arasında 1 hərbçi də var.
Sentyabrda iki məktəblinin intiharı da qeydə alınıb. Binəqədi rayonunda 13 yaşlı Suleyman Kərimov, Agcabədidə isə 16 yaşlı Leyla İsayeva özlərini asıblar.
Saytın monitorinqi zamanı məlum olub ki, ötən ay Naxçıvan MR Sərur rayon sakini olan 37 yaşlı bir kişi yaşadığı yerdən uzaqda - Abşeron rayonunda özünü asıb. Masallı rayonundan olan bir qadın isə Lənkəranda özünü dənizə atıb. Sentyabrda özünə qəsd edənlərin iki nəfəri II qrup əlil olub. Bu intiharlardan biri Əzizbəyov, digəri isə Kürdəmir rayonunda qeydə alınıb.
Sentyabrda qeydə alınan intihar faktlarının 4-ü ölkənin şimal-qərb bölgəsində (2-si Şəkidə) baş verib. Qəbələ və Balakən rayonlarının hərəsində bir nəfər özünə qəsd edib. İki intihar hadisəsi şimal bölgəsində baş verib.
Sentyabr ayında ölkənin müxtəlif bölgələrində 10 nəfər intihara cəhd etsə də, valideynləri və yaxınlarının vasitəsilə bunun qarşısı alınıb.
Sayt bu ilin yanvar-avqust aylarında qeydə alınan intihar hadisələrinin statistikasını da aparıb. Aparılan monitorinqin nəticəsi göstərir ki, 2009-cu ilin səkkiz ayında 204 nəfər intihar edib. Səkkiz ayda intihar edənlərin 134 nəfəri kişi, 49 nəfəri qadın olub. Yanvar-avqust aylarında intihar edənlərin 5 nəfəri hərbçi olub. Səkkiz ay ərzində 21 nəfər uşaq və yeniyetmə də müxtəlif vasitələrlə intihar edib.
Bölgələr arasında isə ən çox özünəqəsd hadisəsi Səmkir rayonunda (3 nəfər) qeydə alınıb. Yanvar-avqust aylarında 5 uşaq və yeniyetmə Bakıda intihar edib, Lənkəran və Kürdəmir rayonlarının hərəsində isə 2 azyaşlı özünü asıb.
Səkkiz ayda intihar edənlərin on nəfərinin yaşı 60-dan yuxarı olub. Onların 6 nəfəri qadındır. Hesabat dövründə Azərbyacanda rus milliyətindən olan 3 qadın, 4 kişi özünə qəsd edib. Həmin muddətdə iki Gürcüstan vətəndaşı olan azərbaycanlı da Bakıda öz həyatlarına son qoyub. Rəsmi mənbələrin yaydığı məlumata əsaslanaraq qeyd edək ki, 2008-ci ildə Azərbaycanda 241 (164 kişi, 57 qadın, 20 uşaq və yeniyetmə) nəfər intihar edib. Bu ilin 9 ayında isə özünə qəsd edənlərin sayı 235-ə çatıb. Buradan da görünür ki, intihar hadisələrinin sayı ilbəil artır.
Bunun səbəbləri isə ayrıca araşdırma tələb edir.
ETİBAR

172 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Keine Kommentare:

Kommentar veröffentlichen