Freitag, 30. Oktober 2009

İSA QƏMBƏR CNN TÜRK-də QONAQ OLACAQ | Yeni Musavat

İSA QƏMBƏR CNN TÜRK-də QONAQ OLACAQ | Yeni Musavat

30.10.2009 [14:02]
İSA QƏMBƏR CNN TÜRK-də QONAQ OLACAQ

Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının başqanı İsa Qəmbər oktyabrın 29-dan etibarən Türkiyədə səfərdədir. Müsavat başqanı bir sıra ictimai-siyasi dairələrdə görüşlər keçirir, elektron KİV quruluşlarında çıxışlar edir, yazılı mətbuata müsahibələr verir. Dünən Bakı vaxtı ilə saat 21-də İsa Qəmbər “Kanal 1” telekanalının qonağı olub, gündəmdə olan məsələlər barədə öz fikirləri açıqlayıb.
Bu gün isə Müsavat başqanı Türkiyədə, ümumiyyətlə regionda ən nüfuzlu və geniş auditoriyalı başqa bir telekanalda – CNN Türk-də tanınmış jurnalist Taha Akyolun müəllifi olduğu “Əyrisi-doğrusu” proqramının qonağı olacaq olacaq. Müsavat başqanının çıxışı yerli vaxtla 21, Bakı vaxtı ilə 23-də nəzərdə tutulur.

Xatırladaq ki, İsa Qəmbərin Türkiyəyə səfəri son vaxtlar bir qədər gərginləşmiş Türkiyə-Azərbaycan münasibətlərinin fonunda baş tutub və məqsəd hər iki ölkənin ortaq mənafeyinə aid olan məsələlərdə düzgün rəy formalaşdırmaq, ölkəmizin ümdə maraqlarının nədən ibarət olduğunu qardaş ölkənin ictimaiyyətinə çatdırmaqdır.

musavat.com

626 dəfə baxılıb

Keine Kommentare:

Kommentar veröffentlichen