Donnerstag, 1. Oktober 2009

AMERİKALI POLKOVNİKDƏN XƏBƏRDARLIQ | Yeni Musavat

AMERİKALI POLKOVNİKDƏN XƏBƏRDARLIQ | Yeni Musavat



Onlayn ictimai-siyasi qəzet
30.09.2009 [09:18]
AMERİKALI POLKOVNİKDƏN XƏBƏRDARLIQ

Alan Stolberg: “Azərbaycan təhlükəsizlik islahatları ilə bağlı çətin qərarlar verməlidır”

Dünən "Diplomat" hotelində Almaniyanın Marşal Fondunun dəstəyi, “Sülh və Münaqişələrin həlli” Mərkəzinin təşkilatçılığı ilə “Təhlükəsizlik sektorunda islahatlar” mövzusunda iki günlük seminar işinə başlayıb. Seminarda təhlükəsizlik sisteminin islahatları və dünya təcrübəsi müzakirə edilir. Forumda əsas məruzə ilə Amerika Hərbi Kollecinin Milli Təhlükəsizlik və Strategiya Departamentinin professoru, ehtiyatda olan polkovnik Alan Stolberq çıxış edib.
Professor Azərbaycanda təhlükəsizlik sektorunda islahatları başa çatdırmaq üçün ağır və çətin qərarların verilməsini vacib sayır: “İslahatların dərinləşdirilməsində əsas problem güc nazirliklərinin səlahiyyətlərinin bir hissəsini güzəştə getmək məsələsidir. Bu, olmasa islahatların taleyi çətin olacaq”.
Onun fikrincə, öncə Azərbaycan xalqı ölkənin xarici təhlükələrini müəyyən etməlidir. “Məsələn, Azərbaycanda hesab edirlər ki, Dağlıq Qarabağ, İran, Rusiya, Xəzər faktoru kimi xarici təhlükələr ola bilər. Bu sahədə prioritetlər müəyyən edilməli və buna uyğun islahatlar aparılmalıdır”.
A.Stolberqin fikrincə, təhlükəsizlik sistemində islahatlar üçün vacib faktorlardan biri də daxili sabitliyin olmasıdır: “Daxili sabitlik varsa, islahatlar üçün münbit şərait var. Ölkədə demokratik yolla hakimiyyət qurulubsa, cinayətkarlıq və korrupsiya yoxdursa, daxili sabitlik mövcuddur. Daxili sabitlik yoxdursa, xarici təhlükələr varsa, islahatların ciddiliyi sual altındadır”.
Professor hesab edir ki, hər hansı ölkənin təhlükəsizliyi üçün fiziki təhlükəsizliyin təmin edilməsi vacib faktorlardandır: “Bunun üçün legitim siyasi institutlar qurulmalı, iqtisadiyyat effektiv çalışmalı və insanların sosial rifahı nəzərə alınmalıdır. Təhlükəsizlik sistemi düz çalışmırsa, deməli, hökumət legitim deyil. Təhlükəsizlik sistemi düz işləmirsə, geniş mənada insan halları pozulur, qanunlar yerinə yetirilmir. Deməli, təhlükəsizlik orqanları - Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri, sərhəd və gömrük orqanları siyasi hakimiyyətə tabe olmur”.
Onun fikrincə, təhlükəsizliyin təmin edilməsi üçün təhlükəsizlik qurumları bir-biri ilə əlaqəli işləməlidir: “Bir nazirlik digəri üzərində dominantlıq etməməlidir. Onların fəaliyyəti şəffaf olmalı və media vasitəsilə cəmiyyətə təqdim edilməlidir. Bir sözlə, təhlükəsizlik sisteminin islahatları yaxşı idarəçilik, yaxşı hakimiyyət tərəfindən, vətəndaşların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, parlamentin, ədliyyə sisteminin və medianın nəzarəti altında reallaşmalıdır”.
Məruzədən sonra seminar sual-cavab formatında davam edib.
Xəbəri xidməti

494 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Keine Kommentare:

Kommentar veröffentlichen